"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb

30 Noyabr 2023 - 14:59
in MƏDƏNİYYƏT

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı həftə” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun noyabrın 30-da sonuncu panel sessiyası gerçəkləşib.

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Elchi.az xəbər verir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədovanın moderatoru ilə keçirilən panel “Mədəniyyət və yaradıcı sənayelər Milli Prioritet kimi” mövzusuna həsr olunub.

Paneldə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova “Yaradıcı həftə”nin və bu layihə çərçivəsində keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun əhəmiyyətini vurğulayıb. Deyib ki, Azərbaycanın tarixi “İpək Yolu”nun üzərində yerləşməsi, yeniliklərə hər zaman açıq olması, müxtəlif coğrafiya və mədəniyyətləri özündə birləşdirməsi xalqımızın yüksək yaradıcı potensialını şərtləndirib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda mədəni yaradıcı sənayenin inkişaf etdirilməsi, onun ÜDM-də payının artırılması kimi məsələlər də əksini tapıb.

“Strategiyada nəzərdə tutulan hədəflərə çatmaq üçün nazirlikdə yaradıcı sənayelər üzrə işçi qrupu formalaşdırılıb. Qrupun dəstəklənməsi üçün digər dövlət qurumları tərəfindən nümayəndələr müəyyən edilib. İl ərzində 5 yerli təhsil proqramına start verilib və bu məqsədlə edu.creative.az informasiya resursu yaradılıb. Hazırda yaradıcı təhsil üzrə təqaüd proqramı və yerli sənaye subyektlərinin elektron kataloqu hazırlanır. Həyata keçirilən tədbirlər əsasən yeni yaradıcı məhsulların hazırlanmasına yönəlib. Başlıca məqsəd ölkədə sənaye zəncirinin reallaşmasına şərait yaratmaq, yaradıcı sənaye məhsullarının regional və beynəlxalq müstəviyə çıxmasına nail olmaqdan ibarətdir. Bu istiqamətdə düzgün metodoloji çərçivənin hazırlanmasında və statistik göstəricilərin formalaşmasında digər müvafiq dövlət qurumlarının dəstəyinə ehtiyac var”,-deyə nazir müavini bildirib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə heyətinin sədr müavini Samir Hümbətov agentliyin kreativ sənaye sahəsində fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, yaradıcı sənayenin inkişafı istiqamətində KOBİA çoxşaxəli fəaliyyət göstərir. Ölkəmizdə yaradıcı sənayenin inkişaf etdirilməsi bu sahədə biznesin dəstəklənməsi, yaradıcı şəxslərin və biznes subyektlərinin təşkilatlanması önəm kəsb edir.

Əqli Mülkiyyət Agentliyi Aparatının rəhbəri Xudayət Həsənli yaradıcı sənayedə əqli mülkiyyətin rolu, bu sahənin idarə edilməsi barədə fikirlərini bölüşüb. O, son illər bu istiqamətdə ölkəmizdə uğurlu islahatlar aparıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə başlaması, sektorun ixrac potensialının artırılması, kreativ məhsulların ölkə xaricinə çıxarılması üçün lazımi köməklik göstərilir. Bu prosesdə davamlı inkişaf üçün dövlət və özəl əməkdaşlığı əhəmiyyətlidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi icraçı direktorunun müavini Rəşad Hüseynov yaradıcı sənayenin müasir biznes çağırışları, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının artırılması barədə danışıb.

Panel sessiyada iştirakçıları maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təkliflər barədə fikir mübadiləsi aparılıb.

Bununla da Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb

Next Post

ÜST-dən qızılca ilə bağlı çağırış: Ölüm halları…

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post
ÜST-dən qızılca ilə bağlı çağırış: Ölüm halları…

ÜST-dən qızılca ilə bağlı çağırış: Ölüm halları...

Millimiz 6 pillə irəlilədi

Millimiz 6 pillə irəlilədi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.