"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mədəniyyətimizin beşiyi – ŞUŞA

10 Sentyabr 2023 - 21:49
in CƏMİYYƏT, CƏMİYYƏT MANŞET, MƏDƏNİYYƏT

Yüksək silsilə dağların, sıx meşələrin arxasında öz təbiəti kimi möcüzə dolu, ecazkar bir şəhər var. Bu Şuşadır – Qarabağın döyünən qəlbi, Azərbaycanın çırpınan ruhu. 

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bu şəhərə ikinci səfərim olmasına baxmayaraq, hər dəfə o qürurverici hisləri yaşamaq möhtəşəmdir. İlk səfərim “Şuşa Qlobal Media Formu” çərçivəsində baş tutmuşdu. Həmin tədbir müddətində xarici KİV nümayəndələri ilə yaxından tanış olmaq və onları Şuşanın gözəlliyi ilə tanış etmək fərəhli eyni zamanda məsuliyyətli bir iş idi.
Növbəti səfərim isə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkil etdiyi “Şuşa Jurnalist Tələbələrin Gözü ilə” layihəsi çərçivəsində baş tutub. Müzəffər Ordumuzun işğaldan azad etdiyi doğma torpaqlarımıza qayıdış prosesi Qarabağın incisi olan Şuşada və ətraf ərazilərdə keçirilən kütləvi tədbirlərlə daha geniş vüsət almaqdadır. Bu məqsədlə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə 3, 5 sentyabr tarixlərində “Şuşa Tələbələrin Gözü ilə” layihəsi reallaşıb.
Layihə haqqında istərdim bir az ətraflı məlumat verim. Belə ki, layihənin məqsədi Azərbaycanda təhsil alan, müəyyən kriteriyalar əsasında seçilmiş istedadlı gənclərin ölkəmizdə gedən proseslərə müsbət təsirinin artırılması, tələbələrin Şuşanın tarixi və mədəni irsi ilə bağlı maarifləndirilməsi, Şuşaya qayıdış prosesində həvəsləndirilməsi və iştirakı, əcnəbi tələbələrin Şuşanın tarixi və mədəni abidələri və orada aparılan bərpa-quruculuq işləri ilə tanış edilməsidir.
Sözügedən layihə çərçivəsində baş tutan 2 səfərdə ölkəmizdə memarlıq, hüquq, diplomatiya, jurnalistika ixtisasları üzrə təhsil alan 180 nəfər yerli və xarici tələbənin Şuşa şəhərinə səfərləri təşkil olunub və tələbələr Şuşa şəhərində gedən bərpa-quruculuq işləri, şəhərin tarixi və mədəniyyəti ilə yaxından tanış olub və müvafiq ixtisaslara uyğun tapşırıqlar icra ediblər.
Düşünürəm ki, belə layihələr tez-tez təşkil olunmalı və bütün tələbələr Şuşanın tarixi və mədəni gözəlliyi ilə tanış olmalıdır.
İndi isə Şuşa haqqında bir neçə məlumatı nəzərinizə çatdırmaq istərdim.
Azərbaycanın mədəniyyət paytaxtı adlanan bu şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyularaq, “Pənahabad” adlandırılmışdı. Lakin sonradan “Pənahabad” adı, nədənsə, rəğbət görmədi və yalnız Qarabağ xanının əmri ilə zərb edilən “pənahabadi” sikkəsinin adında qorunub saxlanıldı. Tezliklə şəhəri Şuşa adlandırmağa başladılar, bu ad Azərbaycanda dilində “şüşə” mənasını verir. “Qarabağın hekayəti” trilogiyasının müəllifi Emin Məmmədlinin mülahizələrinə görə dağ havasının təmizliyinə və şəffaflığına valeh olan Pənahəli xan tez-tez “şüşə” sözünü təkrarladığı üçün bu ifadə şəhərin adı kimi qəbul edilməyə başladı.
Şuşa tarixən təhsil, maarifçilik, musiqi, mədəniyyət mərkəzi olub. Vətən müharibəsində isə həm də qəhrəmanlığın zirvəsi oldu.
Artıq bu gün Şuşa azaddır. Azərbaycan Ordusunun sarsıdıcı həmlələri düşməni qaçmağa vadar etdi. İşğalçılar Pənahəli xanın yurdunun sərhədlərindən birdəfəlik qovuldular. Şuşanın əvvəlki gözəlliyini bərpa etmək üçün illər tələb olunsa da, heç şübhəsiz, bu iş tamamlanacaq. Üstəlik Şuşanın dövlət başçısı tərəfindən verilmiş Azərbaycanın mədəniyyət paytaxtı statusunu görünüşcə də doğrultması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu şəhərin daha da gözəlləşdirilməsini ön planda tutur.

Firuzə Məlikzadə – Azərbaycan Dillə Universiteti Beynəlxalq Jurnalistika tələbəsi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Avtobusu idarə edərkən “TikTok”da canlı yayım açan sürücü işdən azad edilib

Next Post

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib – FAKTİKİ HAVA

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib – FAKTİKİ HAVA

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib - FAKTİKİ HAVA

Sabah Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçiriləcək

Sabah Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçiriləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.