"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mədət Quliyev aprel döyüşləri haqda

25 İyun 2016 - 13:36
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Təcavüzkar Ermənistanın Silahlı Qüvvələri daim təxribat törətmək planları qurur, cəbhəboyu ərazilərdə dinc əhaliyə qarşı müxtəlif təhdidedici hərəkətlərə yol verir”.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə yazdığı məqaləsində bildirib.

O, məqaləsində bildirilib ki, 2014-cü ilin yay aylarında cəbhə xəttində baş vermiş döyüşlər, noyabr ayında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin məhv edilməsi, həmçinin bu ilin aprel ayının əvvəllərində düşmənin təxribatlarına cavab olaraq hərbçilərimizin əks-hücumla bir neçə strateji əhəmiyyətli yüksəkliyi geri alması ordumuzun kifayət qədər gücə malik olduğunu bir daha sübuta yetirib.

Belə ki, aprel döyüşlərinin nəticələrinin hərbi-siyasi əhəmiyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinə təsiri çox böyükdür: “İlk növbədə, qeyd etmək lazımdır ki, Silahlı Qüvvələrimizin azsaylı bir heyəti düşmənin illər boyu gücləndirdikləri mövqeləri elə birinci həmlədə məhv etməyi və qısa müddətdə orada möhkəmlənməyi bacarıb. Bundan başqa, Ermənistanın işğal etdiyi ərazilərdəki komanda-qərargah məntəqəsi hərbçilərimizin dəqiq cavab atəşi ilə darmadağın edilib ki, bu da ordumuzun yüksək texniki-taktiki hazırlığını bir daha təsdiqləyir. Beləliklə də, düşmən təbliğatının “erməni əsgərinin məğlubedilməzliyi” barədə “mif” yaratmaq cəhdləri növbəti dəfə puça çıxıb. Azərbaycan əsgəri istənilən mürəkkəb döyüş şəraitində qələbə qazanmağa qadir olduğunu bir daha sübuta yetirib”.

Məqalədə qeyd olunub ki, xalqın və dövlətin mənafelərinin, təhlükəsizliyinin qətiyyətlə qorumasında, Silahlı Qüvvələrimizin gücünün və qüdrətinin təmin edilməsində dövlət təhlükəsizliyi orqanlarının da üzərinə məsul və şərəfli vəzifələr düşür: “Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti dövlətimizin müstəqillik, suverenlik və tərəqqi siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin təmin edilməsinə yönəlib. Günün tələbləri nəzərə alınaraq, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan geniş islahatlar fəaliyyətin daha səmərəli, məqsədyönlü və çevik təşkilinə təkan verib. Ölkəmizin milli maraqlarına qarşı təhdidlərin vaxtında aşkar edilərək müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, dövlətçiliyin və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi, cinayətkarlığa qarşı təsirli və səmərəli mübarizə aparılması bu baxımdan ən ümdə vəzifələrimizdir.

Müharibə vəziyyəti ilə yanaşı, ölkəmizin xarici kəşfiyyat orqanlarının diqqətini cəlb etməsi, beynəlxalq miqyasda terrorizm hallarının artması da təhlükəsizlik xidməti əməkdaşlarından daim ayıq-sayıq olmağı, dövlətimizin, xalqımızın, vətəndaşlarımızın təhlükəsizliyini peşəkarlıqla təmin etməyi tələb edir.

Bu gün Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsini, milli inkişaf strategiyasını müasir dövrün çağırışlarına uyğun olaraq daha da zənginləşdirən və uğurla gerçəkləşdirən möhtərəm Prezidentimiz, Ali Baş Komandan, Zati-aliləri cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, məqsədyönlü, düşünülmüş və praqmatik siyasəti nəticəsində dövlət müstəqilliyimiz gündən-günə möhkəmlənir, ölkəmiz istər siyasi-iqtisadi, istərsə də hərbi baxımdan getdikcə daha da qüdrətlənir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan Ermənistandan 52 pillə öndədir – SİYAHI

Next Post

Ağdaşda müəmmalı vəziyyət – Hamı təəccüb içindədir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ağdaşda müəmmalı vəziyyət - Hamı təəccüb içindədir

`Ermənistan Helsinki Yekun Aktını diqqətlə oxusun`

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.