"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Məhəmməd Əmin Rəsulzadənin pedaqoji dünyası

31 Yanvar 2015 - 10:43
in MANŞET
Azərbaycan ictimai-siyasi tarixinin görkəmli şəxsiyyətlərindən olan  Məhəmməd Əmin Rəsulzadə, eyni zamandaimg1572223 pedaqoji fikir tariximizdə də ən layiqli yerlərdən birini tutan  nəzəyyəçidir. Bütün həyatı və fəaliyyətinin kökündə millilik, tarixilik, xəlqilik, müasirlik duran M.Ə.Rəsulzadənin pedaqoji görüşlərində bu günkü təhsil quruculuğunda  böyük əhəmiyyət kəsb edən  vətəndaş-insan, vətəndaş-şəxsiyyət probleminin həlli istiqamətləri öz əksini tapmışdır. O, yüzilliklər ərzində təhsilin fars, ərəb, XIX əsrdən sonra isə rus dillərində aparılmasını kəskin tənqid edərək yazırdı:”Çarizm Azərbaycanda ruslaşdırma siyasətini iki istiqamətdə həyata keçirməyə başladı: birincisi, üləmaları, mollaları və əfəndiləri idarələrdə məmur vəzifəsinə təyin edərək öz xidməti qulluqçularına çevirirdi, ikincisi isə azərbaycanlı uşaqları rus məktəblərində oxudub onlardan rus təbiətli “uçitellər” hazırlayırdı. Beləliklə, doğma klassiklərimiz əvəzinə, Güney Azərbaycandakı “mirzələr” Firdovsini, Sədini. Şimali Azərbaycandakı “uçitellər” isə Puşkini, Lermontovu, Tolstoyu və başqalarını təbliğ etməyə başlayırdılar. Nə farslaşmış “mirzələr”, nə də ruslaşmış “uçitellər” xalqın istək və arzularını başa düşürdülər.Lakin tədricən “uçitellər”anladılar ki, xalqımızın övladlarına Puşkin, Tolstoyla yanaşı Füzulini, Şirvanini, Sabiri, Cavidi, Ə.Cavadı oyrətmək lazımdır”. Dövrün maarifçi ziyalıları kimi M.Ə. Rəsulzadə də məqalələrində milli yazılı və şifahi ədəbiyyatın, tarixi əsərlərin gənc nəslin təlim-tərbiyəsində, onlarda milli özünüdərki formalaşdırmaqda mühüm rol oynadığını yazırdı.  “Azərbaycan Cümhuriyyəti” adlı əsərində yazırdı: “Naməlum müəlliflərin yaratdığı “Koroğlu”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və s. bu kimi dastanlar ürək yaxan aşıq sazlarının ruhnəvaz ahəngləri altında Azərbaycan türk kütləsinin qəlbinə elə sinir, elə yerləşirdi ki, onunla farsın “Nuş afərin”i, “Fərhad və Şirin”i, hətta, Firdövsi ilə Hafizi belə rəqabət edə bilməzdi” . M.Ə.Rəsulzadə XX əsr məktəbini elm, texnika mərkəzi, heç bir partiyanın mənafeyinə xidmət etməyən müqəddəs ocaq hesab edirdi. Məktəbdə  hər cür əmrə tabe, “qulağı sırğalı” gənclərin yetişdirilməsinə qarşı çıxırdı. “Məktəblərdən, alimlərdən yaxşı ilə pisi  şəxsən müstəqil fərqləndirən vasitələrə sahib namuslu bir Azərbaycan vətəndaşı tərbiyə etmələri istənilirdi”-yazırdı Məhəmməd Əmin! Bugünkü , 21-ci əsr məktəbinin qarşısında duran  müstəqil düşüncəyə, milli mənlik şüuruna, vətən əxlaqına malik vətəndaşlar yetişdirmək vəzifələrini böyük öndər hələ 91 il bundan öncə müəyyənləşdirmişdir. “Dil həmən millətdir” –deyən M.Ə.Rəsulzadə  müasirlərindən fərqli olaraq Azərbaycan türkcəsinin qorunmasının tərəfdarı idi. Millətin oyanışını, bir millət kimi var olmasını  dildə görürdü. “Milli dirilik” məqaləsində yazırdı: “Milliyyətin ümdə rüxnünü təşkil edən şey dildir.Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir…
M.Ə.Rəsulzadəyə görə yad dildə təlim-tərbiyə verilən  məktəblərdə məqsəd birbaşa olmasa da dolayısı ilə gənc nəsli şovinizm ruhunda tərbiyələndirməyə xidmət edir, gəncləri öz soykökündən uzaqlaşdırır, tarixini, ədəbiyyatını, adət-ənənəsini unutdurur, nəticədə vətəninə, xalqına fayda verə bilməyən  yad əxlaqlı bir insana çevrilir. Böyük öndərin uzaqgörənliklə yazdıqlarını bizim nəsil 70-ci illərin məktəblərində yaşadı və gördü. Millət Onun “Milli dirilik” məqaləsində  təsvir etdiyi neçə-neçə “öylə gözəl bir cavanı itirdiyinə görə mütəəssir oldu, fəqət o da öz millətindən ayrıldığı üçün bədbəxt olub qaldı.” ”Uşaqlarımızı haman öz ruhumuzda tərbiyə etməliyik” yazan M.Ə. Rəsulzadə tərbiyədə şəxsi nümunəni örnək götürürdü. Məhz onun həyatı, Vətən əxlaqı milyonlarla insana örnək oldu və bu gündə örnək olmaqda davam edir. Kiçikyaşlı uşaqların tərbiyəsi dövrün bir çox maarifçilərini düşündürdüyü kimi M.Ə.Rəsulzadə də bu problemə biganə qalmamışdı. 1915-ci ildə rəhbərlik etdiyi “Açıq söz” qəzetində nəşr etdirdiyi “Uşaq bağçası” adlı məqaləsində   uşaqların xüsusi tərbiyə ocaqlarına cəlb edilməsini, burada onlara elmə əsaslanan tərbiyə verilməsini, məktəblərə hazırlanmasını ən vacib məsələlərdən hesab etmişdir. Tarix dərslərini  inkişaf və birliyin zəruri şərtlərindəndən biri hesab edən M.Ə.Rəsulzadə yazırdı:”Bir millətin öz tarixini  öyrənməklə inkişafı da başlıca məsələlərdən idi.  Bir millətin öz tarixini bilməsi qədər qüvvətli bir ittihad və təməddün amili təsəvvür edilə bilməz.” Onun pedaqoji baxışları Müsavat Partiyasının Nizamnaməsində və ADR –in təhsil siyasətində öz əksini taparaq təhsilin, xüsusən də orta məktəbin vəzifəsinin, onun inkişaf yolunun müəyyənləşdirilməsində mühüm rol oynamışdır. ADR höküməti ilk günlərdən xalq maarifinin yenidən qurulması proqramını qəbul etmişdir. 16 maddədən ibarət  humanist və demokratik  prinsipləri özündə ehtiva edən bu proqram tam olaraq böyük öndərin konsepsiyası əsasında hazırlanmışdır. Proqramın hər bəndinin hökümət tərəfindən bütün çətinliklərə rəğmən yerinə yetirildiyinin şahidi oluruq. Məktəblərin birinci və mümkün olduğu qədər də ikinci sinifləri milliləşdirilmiş,türk dilini bilməyən şagirdlər  üçün    xüsusi şöbələr açılmış, bütün aşağı ibtidai məktəblərdə təlim  türk dilində aparılmağa başlanılmış, ilk anadilli məktəb, gimnaziyalar, kurslar açılmış, Bakı Dövlət Universiteti yaradılmış, anadilli proqram və dərsliklər hazırlanmış, müəllimlərin əməkhaqqı artırılmış və digər bu kimi tədbirlər 23 ay ərzində anarxizmə yol verilmədən həyata keçirilmişdi.
 M.Ə.Rəsulzadənin elmi-pedaqoji fikirləri bir mayak kimi 20-ci yüzillikdən bu günümüzə, sabahımıza yol göstərməkdədir. Bu uzun və çətin yolun yolçuları olaraq böyük öndərin ideyalarını gələcək nəsillərə ötürmək isə hər birimizin borcudur.
Məlahət Mürşüdlü

 

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Oğru: “…öz qoyunlarını özünə satırdım”

Next Post

Neft qiyməti siyasəti dəyişməyib

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Neft qiyməti siyasəti dəyişməyib

İŞİD-in atdığı raketlərin sirri açılmır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.