Fransa yığmasının sabiq futbolçusu Matye Valbuenanın şantaj edilməsi ilə bağlı məhkəmənin nəticəsi Kərim Benzemanın milli karyerasına təsir göstərməyəcək.
Bunu Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre açıqlayıb.
O bildirib ki, 33 yaşlı hücumçu heç bir halda millidən kənarlaşdırılmayacaq. Məhkəmənin məsələ ilə bağlı qərarı noyabrın 24-də açıqlanacaq.
Qeyd edək ki, Benzema 2015-ci ildə Valbuenanın şantaj olunması məsələsində vasitəçi olmaqda şübhəli bilinir. Bu hadisədən sonra Kərim 2021-ci ilədək yığmadan kənar qalıb.





