Türkiyədə FETO örgütünün hərbi qiyam cəhdinin qarşısının alınmasından sonra daha bir senssasiyalı məqam orataya çıxıb.
Tezis.az Türkiyənin “Vətən” qəzetinə istinadən xəbər verir ki, qardaş ölkədəki 18-ci Cəza Məhkəməsinin hakimi İlhan Karagöz tərəfindən verilən bir hökmdə Fətullah Gülən “Mehdi” elan edilibmiş:
“Buradan elan edirəm, Peyğəmbərimiz Həzrət Məhəmməd Mustafanın soyundan gələcəyi xəbər verilən, bizim də Abdulkadir Ceylani əfəndinin kitablarına dayanaraq seçilmiş bir insan olduğuna inandığımız və itaət etdiyimiz Fətullah Gülən Allahın xəlifəsi olaraq meydana çıxıb”.
Məhkəmə qərarında daha sonra deyilir ki, Musa peyğəmbərin əsası Fətullah Gülənin əlində olacaq, onunla ortaya çıxacaq, dünyanın işlərini yoluna qoyacaq və daha sonrakı dönəmdə İsa peyğəmbər dünyaya qayıdaraq Mehdi əleyhissəlamın arxasında namaz qılacaq”
Hakim İlhan Karagözün hökmündə Türkiyə prezident Rəcəb Tayyin Ərdoğan başda olmaqla bütün iqtidar mənsubları “çətə” elan edilib və həbs edilməsi barədə qərar verilibmiş.




