"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Məhkəmənin Leyla Yunusla bağlı qərarından şikayət veriləcək

15 Dekabr 2015 - 10:05
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Məhkəmənin Leyla Yunusla bağlı qərarından şikayət veriləcək

Hüquq müdafiəçisi əməliyyat olunacaq; Yunuslar heç kəslə görüşmürlər; Elçin Sadıqov: “5 il sınaq müddətinin seçilməsini ədalətsiz hesab edirik”

Azad İsazadə: “Yunuslar hələ də məhbus sayılırlar”

Dekabrın 9-da Apelyasiya Məhkəməsinin qərarı ilə məhkəmə zalından azadlığa buraxılan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun keçən günlər ərzində olan susqunluğu cəmiyyət tərəfindən suallarla qarşılandı. Xüsusilə hüquq müdafiəçisinin səhhətinin ağır olması hər kəsdə narahatlıq doğurur. 
Hazırda SDİ rəhbəri ev şəraitində müalicə olunur. Yaxınları onun heç kəslə görüşmək istəmədiyini, yalnız müalicəsinə vaxt ayırdığını bildirirlər. L.Yunus məhkəmənin onun barəsindəki həbs qərarının 5 illik şərti cəza ilə əvəzlənməsini qəbul etmir. Hüquq müdafiəçisinin vəkilləri qərarın ağır olduğunu bildirirlər. Məhkəmə qərarından kasasiya şikayəti hazırlanır.
Bu barədə “Yeni Müsavat”a açıqlamasında hüquq müdafiəçisinin vəkili Elçin Sadıqov məlumat verdi:“Hazırda Leyla Yunus müalicə alır. Həkim nəzarətində müalicəsini davam etdirir. Azadlığa çıxdıqdan sonra telefon vasitəsilə əlaqə saxlamışam. Səhhəti hələ ki kiminləsə görüşməyə imkan vermir. Yaxın günlərdə görüşəcəyik. Apelyasiya Məhkəməsinin qərarı bizə hələ də verilməyib. Qərar gələndən sonra kasasiya şikayəti verəcəyik. Eyni zamanda 5 il sınaq müddətinin seçilməsini ədalətsiz hesab edirik. Kasasiya şikayətimiz təmin olunmasa, Avropa Məhkəməsinə müraciət edəcəyik. Tələbimiz bəraətdir”.
 
Yunusların ailəvi dostu, psixoloq Azad İsazadə onların vəziyyətlərinin yaxşı olduğunu söylədi: “Leyla Yunus həbsxanada çox zəifləyib. Evdən bayıra çıxmır. O, çox arıqlayıb. Ayaqları ilə güclə hərəkət edə bilir. Uzanıqlı vəziyyətdə olur. Xarici həkimin  müalicəsi davam edir. İstisna etmirəm ki, bu ay həmin həkim təzədən gəlib yeni müalicə təyin edəcək. Leyla xanımın daim ağrıları olur. Özünü pis hiss edir. Yeni şəraitə çalışır ki, uyğunlaşsın”.
A.İsazadə Arif Yunusun da azadlığa çıxdıqdan sonrakı həyatından danışdı: “Arif Yunusun təzyiqi yenə yüksəkdir. Amma kritik vəziyyətdə də deyil. Göstəricisi yüksəkdir. Dərmanlar qəbul etdiyindən təzyiq yüksəlmir. Azadlığa çıxdığı vaxtlar vəziyyəti ağır idi. Təzyiq 230-240 idi. Amma indi bir qədər azalıb. Son üç günə qədər təzyiqin 200-dən aşağı düşdüyü vaxtlar da olub. Yunuslar hələ də məhbus sayılırlar. Onlar cəzanı şərti çəkirlər. Bakını tərk edib hansısa rayona getsələr, aidiyyəti orqana xəbər verməlidirlər. Xaricdə müalicənin daha effektiv olması heç kəsdə şübhə doğurmur.  Leyla xanım indi fiziki cəhətdən çox zəifdir. Amma qarşıdakı bir ayda onun əməliyyat olunması gözlənilir. Öd kisəsində daş var. Dəhşətli ağrılar verir. Yəqin ki, həkimi gələcək. Vəziyyətdən asılı olaraq, vəkillər bu məsələni həll etməyə çalışacaqlar. Sözsüz ki, imkan olsa xaricə müalicəyə getməyə çalışacaq. Qanunda bunun necə nəzərdə tutulduğu barədə bir söz söyləmək çətindir”.
Xatırladaq ki, Leyla Yunus ötən il iyulun 30-da həbs edilib. Onun həbsindən  bir həftə sonra həyat yoldaşı Arif Yunus həbs edilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Leyla Yunus 8 il yarım, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Noyabrın 12-də Apelyasiya Məhkəməsi Arif Yunus barəsindəki qərarı ev dustaqlığı ilə əvəz edib. Leyla Yunusun cəzası isə bu ayın 9-da 5 il şərti həbs cəzası ilə əvəzlənib.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İrandan Rusiya əleyhinə sürpriz gediş – Ankara və Bakı uduşda

Next Post

Bakıda yeni sürüşmə mənbələri yaranıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bakıda yeni sürüşmə mənbələri yaranıb

İlham Əliyev FHN əməkdaşlarına ali rütbə, orden və medallar verdi - SİYAHI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.