"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Məhsul”a soğan doğradılar…

06 Aprel 2015 - 17:30
in KÖŞƏ YAZILARI

46Zülfüqar Hüseynzadə
yazar@box.az

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Milli Şuranın mitinqinə getməz olaydım. Doğrusu, bu günədək vaxt məhdudluğundan heç vax “Məhsul” stadionuna təşrif buyura bilməmişdim. Amma nədənsə dünən “Hürriyyət” qəzetinin baş redaktoru Heydər Oğuz belə deyək ki, saqqızımı oğurladı və onunla mitinqə baxmağa getdik. Elə bir-iki şəkil çəkdirmişdik ki, AXCP sədri Əli Kərimli “bismillah” edib çıxışına başlayar-başlamaz oranı tərk etməli olduq. “Hürriyyət” qəzetinin qonağı gəlmişdi və onunla söhbəti iptal edə bilməzdik…
Xülasə, “Hürriyyət”ə qayıtdıq. Amma bir qədər sonra mənə dostlardan zəng vurub soruşanda ki, deyəsən ayağın “məhsul”lu olub, aksiya iştirakçılarına kartof-soğan paylayıblar, əvvəl inanmadım. Dedilər bəs bilmirsənmi, “Məhsul” stadionuna bitişik göydələndəki eyvanlardan mitinq iştirakçılarına kartof-soğan atıblar. Niyəsini soruşmağın yeri yox idi. Amma dərhal da düşündüm ki, çox yersiz və qaş düzəltdikləri yerdə göz çıxarılan yanlış bir addım atıblar. Çünki müxalifətin növbəti mitinqinə əlində zənbil minlərlə insan toplaşacaq ki, kartof-soğandan onlara da pay düşsün. Yaxud Milli Şura göydəndüşmə fürsət qazanmış oldu ki, mitinqdə insanlara kartof-soğan paylanılması haqqında ictimai rəydə fikir formalaşdırsınlar. Kim ki, bunun effekt verməyəcəyini düşünür, möhkəm yanılır. Çünki bu ölkədə əksəriyyət hələ də Məmmədhəsən əmidən, Fatmanisə qarıdan fərqlənmir və belə sadəlöhv kəsimi aldatmaq çoxmərtəbəli binanın eyvanından aksiya iştirakçılarına kartof-soğan atmaq qədər asan bir işdir.
Hakimiyyət bununla elə zənn etməsin ki, bununla mitinqə gələnləri təhqir edərək ələ salıblar və bundan sonra “Məhsul”a gələnlərin sayında azalma olacaq. Şəxsən mən bunun əksini düşünürəm. Çünki insanların polis kordonundan ora-burasını əlləyərək bir-bir stadiona buraxılmasından şəxsən tanıdığım onlarla stajlı müxalifətçinin ehtiyatlanaraq “Məhsul”a kənardan tamaşa etməsindən təfsilatlı məlumatlıyam. Yeri gəlmişkən, bura o məmləkətdir ki, seçkilərdə məntəqələrdəki müşahidə kameralarından qorxaraq vicdanının səsinə deyil, ona sifariş verilən namizədə səs verən çoxsaylı zavallı seçici var. Ona görə də bu ölkədə insanlarla məzələnmək çox asandır və Milli Şura rəhbərliyinə məsləhət görərdim ki, növbəti mitinqin şüarını “Talana və yalana son” deyil, “Bizə eyvanlardan kartof-soğan atmayın, onları bazardan almağa imkanımız çatan cəmiyyət qurun” olmalıdır.
Başqalarını bilmirəm, şəxsən mənim növbəti mitinqə hökmən qatılmaq həvəsi baş qaldırıb.Mənə kartof-soğan ehtiyac deyil, heç Milli Şuraya da dəstək vermək fikrim yoxdur, sadəcə bu addıma etiraz əlaməti olaraq gedirəm “Məhsul”da məhsuldar açıqlamalara qulaq asmağa…
Amma mitinq iştirakçılarının, təbii ki, əksəriyyət təşkil edən cəbhəçilərin AXCP sədri Əli Kərimlinin stadiona daxil olmasına verdikləri emosional reaksiyaya da ürəyim bulandı. Bununla cəbhəçilər Milli Şuranı aşağıladıqlarının fərqində olmadıqlarını ortaya qoydular. Onlar anlamadılar ki, axı bu mitinq AXCP-nin deyil, Milli Şuranın aksiyasıdır. Burdan belə nəticə çıxdı ki, Milli Şura elə hakimiyyətin iddia etdiyi kimi də AXCP-nin əlindəki oyuncaq qurumdur.Bununla da “Əli bəy, Əli bəy” sədaları ilə bu qurumun siyasi meyitə çevrilməsinə rəvac verdilər. O qışqırtılarsa Milli Şuranın dəfn mərasimindəki ağıya bənzədi…

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

300 kürd əsir götürüldü

Next Post

Səudiyyə nefti bahalaşdırdı

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Səudiyyə nefti bahalaşdırdı

Lerikdə 77 yaşlı “silah baronu” yaxalandı – (Video)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.