"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Məktəbə gec gedən uşaqların sayı açıqlandı

17 May 2016 - 09:45
in CƏMİYYƏT

Bakıda 2016-2017-ci tədris ili üçün I sinfə qəbul məqsədilə haqqında sorğu yerləşdirilmiş uşaqlar arasında yaşı tamam olmayanlarla yanaşı, məktəbə müraciət yaşı gecikmiş uşaqlar da var.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

 

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, Bakıda 8 yaşdan yuxarı 45 uşaq üçün mektebeqebul.edu.az saytı vasitəsilə müraciət edilib. Yaşı 8-dən yuxarı olan uşaqlar Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunacaqlar.

Qeyd edək ki, təhsildən kənarda qalmış şəxslərin fərdi təhsili Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş nümunəvi tədris planları əsasında aparılır. Tədris planında nəzərdə tutulan fənlər üzrə proqramlar müəyyən edilmiş saatlara uyğunlaşdırılır. Xüsusi istedadlı təhsil alanlar üçün fərdi təhsil proqramları Təhsil Nazirliyinin tövsiyələri əsasında yerli təhsili idarəetmə orqanları tərəfindən hazırlanıb təsdiq olunur. Fərdi təhsil aparan pedaqoji işçilərin və digər mütəxəssislərin əməkhaqqının ödənilməsi dövlət büdcəsindən təhsilə ayrılmış müvafiq büdcə vəsaiti çərçivəsində həyata keçirilir. Fərdi təhsil həftədə 4 gün təşkil olunur.

Fərdi təhsil yolu ilə ümumi orta təhsil səviyyəsinin VIII sinfini bitirmiş şəxslər arzu etdikləri halda, müstəqil hazırlaşaraq eksternat qaydasında imtahan verib təhsil sənədi almaq hüququna malikdirlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq, ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olan uşaqlar qəbul edilir. “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na görə, 6 yaşı dekabrın 31-dək tamam olan uşaqlar da müsahibə əsasında I sinfə qəbul oluna bilər. Son iki ildə Azərbaycanda 30 minə yaxın uşaq (2014-cü ildə 15 minə yaxın, 2015-ci ildə 15 min uşaq) 1-ci sinfə ən azı 1 il gec qəbul olunub.

Təhsil nazirinin müavini Ceyhun Bayramov uşaqların məktəbə gec getməsini ciddi bir problem sayıb.

Belə uşaqların məktəbə gələnlərin 10 faizini təşkil etdiyini deyən nazir müavini qeyd edib ki, Təhsil Nazirliyi bu problemin öhdəsindən təkbaşına gələ bilməz: “Bu məsələnin həlli üçün Təhsil Nazirliyinin imkanları kifayət qədər məhduddur. Biz aidiyyəti qurumlarla, yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edirik ki, belə halların qarşısını alaq və sayı maksimum dərəcədə azaldaq. Çünki kimsə təhsildən kənarda qalırsa, Təhsil Nazirliyi həmin şəxslə bağlı tərbiyə, tədris işi apara bilmir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Valideyn uşağına hər istədiyi adı qoya bilməz

Next Post

NATO-dan Rusiyaya müharibə xəbərdarlığı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

NATO-dan Rusiyaya müharibə xəbərdarlığı

Azərbaycanlı qız Türkiyənin ən savadlı 20 tələbəsindən biri oldu — FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.