Məktəblər şagird sayına görə maliyyələşdiriləcək

>

2020-ci ilə qədər Azərbaycanda məktəblər özünümaliyyələşdirmə sisteminə keçməlidir. Bu “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əksini tapıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblilərin özünümaliyyələşdirmə sisteminə keçidlə bağlı açıqlama verib.

Bunu da oxuyun

İdarədən Virtualaz.org saytına bildiriblər ki, Dövlət Strategiyasında təhsil müəssisələrini bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid nəzərdə tutulub. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 5.1.1-ci və 5.2.3-cü bəndlərində qeyd olunur ki, ortamüddətli proqnozlaşdırmada təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması 2016-cı ildən, təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminin həyata keçirilməsi 2017-ci ildən başlayaraq icra olunacaq. Bu isə sadəcə ənənəvi maliyyələşdirmə mexanizmindən adambaşına maliyyələşdirmə mexanizminə keçidi ehtiva edir”, – idarədən deyiblər.

Özünümaliyyələşdirmə sisteminə keçiddə məktəblərin ödənişli olmasından söhbət getmir, dünya təcrübəsinə uyğun olaraq, təhsil müəssisələrinin maliyyələşdirilməsi zamanı xərclərin şagird sayına görə (adambaşına) müəyyənləşdirilməsi nəzərdə tutulur.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728