Məktəblərdə istilik sistemi ilə bağlı problemlər yaranıb

>

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) havaların soyuması ilə əlaqədar məktəblərə vaxtından əvvəl istiliyin verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Bunu da oxuyun

İdarədən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2017-2018-ci tədris ilində payız-qış mövsümünə hazırlığının yoxlanılması məqsədi ilə ilkin monitorinqlər aparılıb: “Monitorinqlər zamanı bəzi təhsil müəssisələrinin istilik sistemində problemlərin olduğu müəyyən edilib. Aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində hazırda müvafiq tədbirlər görülür. Həmçinin, məlum olduğu kimi, qış mövsümünə keçid hər il 15 noyabr tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə rəsmiləşdirilir”.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728