“Məktəblərdə pedaqoji prosesin iştirakçıları arasında baş verən ayrı-ayrı hadisələr həqiqətən məişət zəmində baş verən hadisələrdir və bu fərdi hadisələrin ictimai sferada müzakirə edilməsi həqiqətən də dedi-qodu hesab edilməlidir”.
Elchi.az bildirir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov FB hesabında qeyd edib:
“Məktəblərdə məişət zəmnindəki bu neqativ hallar o qədər kütləvidir ki, artıq bunlar məktəbin gündəlik normal həyatına çevrilib. Məsələnin də ictimai sferada ciddi müzakirəsinin kökündə bu amil dayanır. Təhsillə bağlı hansısa məişət zəmnindəki məsələlərinin müzakirəsi ayıb olsa belə, nazirlik sistemindəki məişət zəmnində yaxın münasibətdə olanların kütləvi halda yüksək vəzifələrə gətirilməsi bunun kvadratı qədər ayıbdır”.
Yeganə






