“Məktəblərdəki psixoloq çatışmazlığı bir problem olaraq qarşımızda dayanır və insanlar üçün ciddi çətinliklər yaradır”.
Bu fikri Elchi.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə ölkəmizdəki məktəblərdə bəzən 1, bəzən də 2 və ya 3 psixoloq fəaliyyət göstərir:
“Hesab edirəm ki, bu sayca kifayət qədər azdır. Təbii ki, bir nəfər bu qədər şagirdlə işləyə bilməz və bu istiqamətdə adımların atılmasına ehtiyac var. Ümumiyyətlə psixoloqların məktəblərdə fəaliyyəti olduqca önəmli və həssas məsələdir. Bu gün şagirdlərin sağlam ruhda böyüməsi, düzgün tərbiyyəsi üçün addımların atılmasına ciddi ehtiyac duyulur”.
Deputat həmçinin qeyd edib ki, bu sistemin düzgün qurulması hər kəsin göz qabağındadır:
“Digər bir ciddi problem isə müəllimlərin maaşlarının aşağı olmasıdır. Olduqca aşağı maaşla bu gün müəllim və psixoloqlar fəaliyyət göstərirlər. İlk növbədə sistemli şəkildə psixoloqların sayı artırılmalı, ən azından 5 min şagirdi olan məktəbdə ən azı 10- a yaxın psixoloqun olması daha məqsədə uyğundur. Eyni zamanda onların maaş məsələsində də dəyişiklər olunmalıdır”.
Havar Şəfiyeva






