"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Məmur oğlunun öldürdüyü 17 yaşlı gəncin qanı batır

10 Oktyabr 2014 - 16:44
in HADİSƏ

“Vəzifəsindən, pulundan, əlaqələrindən istifadə etməklə bir yoxsulun 17 il əl qabarı ilə böyütdüyü uşağının qanını batırırlar”

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Məmur övladı tərəfindən balası öldürülən ana haray qoparır. Bu il maşınla vurulub öldürülən 17 yaşlı balasının qanı batırılır. Məlumata görə, bu barədə “Azərbaycanın kriminal həyatı” adlı səhifədə şikayət yerləşdirilib.

Zərərçəkmiş tərəfin vəkili Səbuhi Axundovun verdiyi məlumata görə, bu il iyulun 19-da Fərid Fərhad oğlu Hümbətov Sumqayıt şəhəri 6-cı mkr dairəsinin yaxınlığında Heydər Əliyev parkının kənarındakı piyadalar üçün nəzərdə tutulmuş səkidə, Sərxanov Emin Məhəmməd oğlu idarə etdiyi, Nəqliyyat Nazirliyinə məxsus 10-NT-695 dövlət qeydiyyat nişanlı “Samand” markalı maşınla vurulub. Yüksək sürətlə vurulan F.Hümbətov dünyasını dəyişib. Sonradan məlum olub ki, qəzanı törədən E.Sərxanov NN-nin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 1 saylı Yolların Mühafizəsi İdarəsinin rəis müavini Məhəmməd Sərxanovun oğludur.
Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, hazırda istintaq davam edir. Mərhum F.Hümbətovun anası istintaqın 02.08.2014-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınıb. Qəzadan sonra təqsirkar tərəfin məmur atası və digər vəzifəli qohumları mərhumun anasını ələ alaraq hadisəni törətmiş E.Sərxanovun əməlini ört-basdır eləməyə çalışıblar. Mərhumun anası buna razı olmadıqda təqsirkar tərəf başqa üsullara əl atmağa başlayıb.
Vəzifəsinə və puluna güvənərək mərhum F.Hümbətovun qanını ortalıqda batırmaq və oğlunun cəzadan qurtarmaq üçün təqsirkarın atası M.Sərxanov zərərçəkmişlərə “Mənim imkanım da çatır, oğluma 2-il iş alıb evimdə otuzduracam” deyib. Bundan sonra hansısa səbəbdən cinayət işi istintaq şöbəsinin rəis müavini Fizuli Əhmədovdan alınaraq digər müstəntiq Abbas Bağırova verilir.
Cinayət baş verən gündən 3 ay sonra mərhumun heç vaxt atalığını görmədiyi, nikahlarına 2007-ci ildə xitam verilmiş, aliment belə ödəməkdən boyun qaçırmış və nəhayət mərhumun anasını döydüyünə görə 17.03.2008-ci il tarixdə Sumqayıt Şəhər məhkəməsi tərəfindən Cinayət Məcələsinin 132-ci maddəsilə təqsirli bilinərək məhkum olunmuş atası Fərhad Hümbətov istintaqa ərizə ilə müraciət edərək zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmasını tələb edib. Bunun heç də illərdir boşandığı arvadını himayəsində olan uşaqlardan xəbəri olmayan atanın istəyi olmadığını, sadəcə hadisəni törədən məmur oğlunun məhsuliyyətdən azad olunmasına göz yumacaq fiiqur kimi M.Sərxanovun məkirli niyyəti olduğunu yaxşı anlayırıq. Bu gün istintaq zərərçəkmişin hüquqi varisi kimi tanınmağa haqqı belə olmayan insanın ərizəsini qəbul edərək, işi məhkəməyə göndərməklə göz yaşı içində boğulan ananı, illərdir balasına bir qəpik də aliment ödəməyən atanın qarşısına çıxarmaqla bu olayda təqsirlinin sözünü deyəcək fiqur formalaşdırır. Məlum məsələdir ki, atanın zərərçəkmişin hüquqi varisi kimi tanıdıb, sonra “barışdıq şikayətim yoxdu” dedirtməklə oğlunu sığortalağı planlayan məmur qanunun aliliyini unudub.
Mərhumun anası ölkə başçısına, Baş Prokurora və DİN-nin istintaq idarəsinin vəzifəlilərinə haray çəkir: “Bir yoxsulun qanını batırmaq prosesi gedir. Kömək edin! Qoymayın vəzifəsindən, pulundan, əlaqələrindən istifadə etməklə bir yoxsulun 17 il əl qabarı ilə böyütdüyü uşağının qanını batırsınlar. İllərdir alimenti ödəmək üçün İcra məmurlarının belə tapa bilmədiyi atanı tapıb hüquqi varis olmağa hansı maraq və kimlər gətirib?! Bu cür çirkin oyunlardan istiifadə edən məmura dur deyin!!! Törətdiyi əmələ görə dediyi kimi 4 il məntəqə tipli alıb evdə oturacaqsa bu biçarə ananın ahını kim yeyecək?!”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fahişəxanaya çevrilən obyektin müdiri kimi təqdim olunan müğənni danışdı

Next Post

Türkiyə Suriya sərhəddinə 15 tank yolladı – ÖZƏL

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post

Türkiyə Suriya sərhəddinə 15 tank yolladı - ÖZƏL

Ermənilər Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarında iştiraka hazırdır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.