"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Məmurun və vətəndaşın mənəvi borcudur ki, dövlət maraqlarını qorusun”

12 Avqust 2022 - 19:22
in MÖVQE

Hər bir cəmiyyətin başlıca məqsədlərindən biri həm də ictimai və dövlət maraqlarının inkişaf etdirilməsi və qorunmasıdır. Çünki hər iki amil toplum üçün ən vacib məsələlərdən biri hesab olunur. Ona görə də ictimai və dövlət maraqlarının müdafiəsi, bu istiqamətdə görülən işlərin daim inkişaf etdirilməsi, bu siyasətin yeni mərhələlərə keçməsi daim öz aktuallığını qoruyur.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Məlumdur ki, ictimai maraqlar dedikdə hər bir cəmiyyəti təşkil edən fərdlərin istər ictimai, istərsə də siyasi həyatda fəaliyyətinə dair onun maraqlarının təmin edilməsinin ifadə olunduğu və çoxluğun marağını üstün sayan bir anlayış nəzərdə tutulur. Bu anlayışın tanınması, təbliği və müdafiəsi hökumət və onun strukturları tərəfindən həyata keçirilir. İctimai maraqları tənzimləyən və müdafiə edən məhz dövlətdir. Müxtəlif ictimai birliklər, qeyri-hökumət təşkilatları hüquqi imkanlarla ictimai maraqların müdafiə edilməsini gerçəkləşdirirlər. Ona görə də ictimai marağı fərdi maraq anlayışı ilə əlaqələndirilmək doğru olmaz.

Qaynarinfo mövzunu BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı ilə müzakirə edib. O bildirib ki, hər bir dövlətin, özünün milli və dövlət maraqları var və bu, dövlətin daxilində ictimai maraqların qorunmasıdır:

“Dövlətçilik ənənələrinin möhkəmlənməsi, güclənməsi, ən əsas da, dövlət və milli maraqların müdafiəsinin təşkil olunması önəmlidir, vacibdir. Yəni, bunu həm dövlətin özü, həm də hər bir vətəndaş qorumalıdır”.

Niyaməddin Orduxanlı bildirib ki, həm də, hər bir vətəndaşın mənəvi yüküdür ki, özünün dövlət marağlarını həyata keçirsin, yəni müdafiə etsin:

“Bu, çox önəmli bir faktordur. Və bu məsələdə ən əsas istiqamət dövlət və milli maraqların müdafiəsidir ki, dövlət strukturları, dövlətin ali baş komandanı, siyasi rəhbərliyində olan insanlar, bütün dövlət strukturlarında fəaliyət göstərən insanlar, vətəndaşlarla birgə o prinsipləri həyata keçirməlidir. Yəni o zaman dövlət daha güclü olur, daha qüdrətli olur, daha sarsılmaz olur”.

O qeyd edib ki, ictimai maraqlar isə vətəndaşların nəzarəti ilə həyata keçirilən və bütün hallarda dövlətin ictimai marağının həyata keçirilməsində rol oynayan bir amildir. Vətəndaşlar ictimai marağın həyata keçirilməsində əsas rol oynamalıdır:

“Yəni burda bir sıra institutlar var ki, həmin o ictimai maraqların, dövlət maraqlarının həyata keçirilməsində əvəssiz rol oynayır. Buna nümunə kimi vətəndaş cəmiyyətini, media sektorunu, siyasi partiyaları və digər qurumları misal gətimək olar”.

Ekspert bildirib ki, bunların vəhdəti ilə həmin qeyd etdiyimiz dövlət və milli maraqlar, ictimai maraqlar həyata keçirilməlidir. Niyaməddin Orduxanlı qeyd edib ki, bütün inkişaf etmiş ölkələr bu günə qədər bu amillər üzərində həmin prosesi həyata keçirdiblər.

Sədr müavini onu da əlavə edib ki, burda ən əsası qeyri-hökumət təşkilatlarının üzərinə düşən bir missiyadır. Bunun adı ictimai nəzarətdir.
Onun sözlərinə görə, ictimai nəzarət o halda baş verir ki, hansısa bir dövlət qrumunun və yaxud da dövlət maraqlarının əleyhinə kənardan bir proses başlanılır. Bunu belə ifadə etsək, Azərbaycanın dövlət maraqlarını sevməyən bir sıra qonşu ölkələrin həyata keçirtdiyi bir proses baş verərsə, o zaman ictimai nəzarətin artırılması və vətəndaşların aktivliyi həddindən artıq önəmli olur. Yəni bu məsələdə bir vəhdət nümayiş olunmalıdır. Burda bu ölkənin vətəndaşı olan, cəmiyətdəki mövqeyindən asılı olmayaraq yaşayan, fəaliyyət göstərən hər bir kəsdən söhbət gedir.

Niyaməddin Orduxanlı bildirib ki, biz bütün imkanlarla bu ictimai nəzarətin güclənməsini həyata keçirtməliyik ki, hansısa bir beynəlxalq təzyiq olanda və yaxud da xarici qüvvələrin dövlət maraqlarımıza vurduğu bir ziyan, bir sarsıdıcı proseslər olanda adekvat münasibət bildirə, ictimai rəy yarada bilək.

O qeyd edib ki, ən əsas da bu gün Azərbaycan üçün ən vacib olan, Qarabağ mövzusunda 30 illik problemimizin olmasıdır:

“Hamımıza məlum məsələdir, çox güclü erməni diasporası var ki, onlar fəaliyyətlərində hər zaman Azərbaycanın ərazi suverenliyinə, dövlət mənafeyinə zidd addımlar atıb. Və bu istiqamətdə biz mütləq şəkildə xarici güclərin, bir sıra qonşu ölkələrin, xüsusən İranın, Rusiyanın daxilində olan ermənipərəst qüvvələrin, Qərbin özünün, Amerikanın daxilində olan güclü Erməni Diasporasının Azərbaycana yönəlik fəaliyyətində sadaladığımız bu istiqamətdə güclərimizi biləşdirməliyik”.

Sədr müavini deyib ki, bu məsələdə dövlətin də üzərinə böyük bir fəaliyyət istiqaməti düşür:

“Dövlət bu fəaliyyətdə öz istiqamətini gücləndirməlidir. O, həm sadaladığım bu sahələr, həm vətəndaş cəmiyyəti, siyasi partiyalar, xüsusən media və daha yeni formalaşmış sosial media ilə, yəni sosial şəbəkələr ilə qarşılıqlı fəaliyyətini gücləndirməlidir”.

O bildirib ki, bu gün kütləvi xarakter almış sosial şəbəkələrdə Azərbaycan dövlətinin əleyhinə kampaniyalar həyata keçirilir:

“Bildiyimiz kimi, sosial şəbəkələrdə yüz minlər, yüz milyonlar əhatə olunur. Burada məlumat, informasiya daha tez yayılır. Ona görə də bu istiqamətdə dövlətin üzərinə böyük bir məsuliyyət düşür. Yəni media üzərində fəaliyyət istiqaməti gücləndirilməlidir”.

O, qeyd edib ki, medianın dördüncü hakimiyyət adlandırılması hamıya məlum məsələdir. Buna görə də medianın fəaliyyət istiqamətidə dövlətçiliyin güclənməsində böyük rol oynayır:

“Məncə, bu amilləri hər kəs nəzərə almalıdır. Həm jurnalistlər, həm siyasətçilər, həm dövlət strukturunda çalışan insanlar, yəni hamımız birgə fəaliyyət istiqamətlərini qurmalıyıq ki, bizim dövlət güclü olsun, baş vermiş proseslərin önündə olsun, Azərbaycanın milli maraqlarını qoruyan, inkişaf etdirən, hər gün, hər saat fəaliyyət göstərən qüvvələrin önündə olsun. Yəni bu vəhdət olduğu halda biz daha güclü olacağıq”.

Günay İlqarqızı

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident İrəvana vaxt qoydu: Zəngəzur dəhlizi…

Next Post

Ukraynada hərbi vəziyyət rejimi uzadılacaq

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Ukraynada hərbi vəziyyət rejimi uzadılacaq

Ukraynada hərbi vəziyyət rejimi uzadılacaq

Monteneqro rus diplomatı arzuolunmaz şəxs elan etdi

Monteneqro rus diplomatı arzuolunmaz şəxs elan etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.