Şəki sakini bələdiyyədən şikayətçidir
“Bələdiyyə mənə torpaq verməsi üçün rüşvət istəyir. Evim yoxdur, torpağa ehtiyacım var ki, kiçik də olsa bir daxma tikib ailəmi başıma yığım” .
Bu sözləri redaksiyamıza müraciət edən Şəki şəhər Oxut kənd sakini Kənan Əhmədov bildirib. Şikayətçi heç bir qurumun onun problemi ilə maraqlanmadığını deyir: “İkinci qrup əliləm, xəstəlikdən əziyyət çəkirəm.
Ata evimdə yaşayırdıq. Balaca bir evdə 12 nəfər yaşayırıq. Qardaşım ruhi xəstədir. Ona görə də balaca uşaqlarımla orada qalmaq mümkün deyil. Mənim də ev almaq imkanım yoxdur. Heç yerdə işləmirəm. İstədim ki, mənə balaca bir torpaq versinlər ki, orada ev tikim ailəmi başıma yığıb yaşayım. Axı mən də bu ölkənin bir vətəndaşıyam. Mənim də yaşamaq hüququm var. Dəfələrlə Şəki rayonunun Oxut kəndinin bələdiyyəsinə müraciət etmişəm ki, mənə torpaq versinlər.
Bələdiyyənin sədri Brilyant Abdullayeva və onun köməkçisi Cumay adlı şəxs məndən torpaq verilməsi üçün əvvəl 700 manat, sonra 1100 manat pul istədilər. Mənə deyirlər ki, bizə rüşvət ver demirik, sadəcə, olaraq ”hörmət et”. Problemlə bağlı Şəki Şəhər İcra Hakimiyyətinə qəbula getdim. Ancaq burada məni qəbula buraxmadılar və dedilər ki, bu məsələyə biz baxmırıq, get, ölkə başçısına şikayət et. Dedim ki, mənim imkanım Bakıya getməyə kifayət etmir. Dedilər təqaüd kartını girov qoy, kimdənsə borc pul al get. Mən cəmi 55 manat təqaüd alıram. İmkansızlıq və evin olmaması ucbatından ailəmin hər üzvü bir yerə dağılıb. Bakıya gəlib Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etdim. Amma qəbula buraxmadılar, dedilər siyahıda adın yoxdur”.

Şikayətçi aidiyyəti qurumlardan ona yaşaması üçün kiçik bir torpaq verilməsini xahiş etdi: “Mən balaca bir torpaqdan başqa heç nə istəmirəm. Borc-xərc, orada kiçik bir ev tikib ailəmlə, uşaqlarımla yaşayacağam. Mal-qara saxlayıb borcumu ödəyəcəm və dolanacam”.
Şikayətçinin ittiham etdiyi şəxslərin də mövqeyini dərc etməyə hazırıq.