"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Mən Azərbaycan xalqını təhqir etməmişəm` – Larisa Dolina

12 Aprel 2016 - 23:45
in XƏBƏR LENTİ

Yəqin xatırlayırsınız, Rusiyanın əslən Bakıdan olan xalq artisti Larisa Dolina bu günlərdə “Rossiya1” telekanalında “Odin v odin” verilişində nəinki azərbaycanlıları, ola bilsin, erməniləri də şoka salan bir açıqlama ilə çıxış etmişdi.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Şouda münsiflər heyətində əyləşən Larisa Dolina iştirakçılardan biri, özünü Bokaya (o da əslən Bakı ermənisidir) oxşadan Aleksey Çumakovun ifasına münasibət bildirərəkən muğamın ən yaxşı ifaçılarının ermənilər olduğunu iddia etmişdi. Hər halda bu barədə yayılan məlumatlarda belə deyilirdi.

“Muğam ifa etmək inanılmaz dərəcədə çətindir. Çox nadir insanlar bunu bacarır. Çoxları öyrənir, amma yenə də onlarda alınmır. Bu, səndə necə alınır?.. Məsələ tembrdə deyil, ifadadır. Yalnız ermənilər bacarır. Azərbaycanlılar da muğamı çox yaxşı oxuyur”, – deyə Larisa Dolinaya istinadən bildirmişdi.

Təbii ki, azərbycanlılar peşəkar və az qala bütün dünyada tanınmış bir müğənninin bu fikirlərini qəzəblə qarşıladılar. Axı o, hər şey bir yana, əslən bakılıdır və bir ara şəxsən Aıim Qasımovun özü ilə oxumuşdu!

AzVision.az xəbər verir ki, Virtualaz.org-un müxbiri, bu gün Larisa Dolinanın özü ilə birbaşa əlaqə saxlaya bilib. Və məlum olub ki, bu mövzuda olan söz-söhbətlər onu heç də azərbaycanlılardan az hiddətləndirməyib.

“Sizinlə bu söhbətimiz mənim şəxsən böyük hörmət bəslədiyim Polad Bülbüloğlunun xahişi əsasında baş tutdu.

Baş verənlər tamamilə təxribatdır. Məni sadəcə olaraq seçib və aşağılayıblar. Mənim sözlərimi öz xeyirlərinə yozaraq, məni doğulduğum respublika ilə üz-üzə qoyublar.

Mənim həyatımda heç vaxt belə bir şey olmayıb. Mən həyatımda heç vaxt ünvanıma bu qədər nifrət, lənətlə üzləşməmişdim.

Özü də tamamilə əsassız olaraq. Bu sadəcə olaraq amansızlıqdır və hiddət doğurur.

Sadəcə olaraq, kimsə mənim sözlərimi həyasızcasına öz xeyrinə istifadə etdi. Mən deməmişəm ki, yalnız ermənilər muğam oxuya bilir. Mən demişəm ki, həm ermənilər, həm də azərbaycanlılar muğamın öhdəsindən ustalıqla gəlirlər.

Mən deməmişəm ki, muğam sənətini yalnız ermənilər mənimsəyiblər. Mən, bəzi Azərbaycan KİV-lərinin yazdığı kimi, necə deyə bilərəm ki, ermənilər muğamı azərbaycanlılardan yaxşı oxuyur? Ən azı həmin proqrama baxın. Orada hər şey aydın şəkildə görünür və eşidilir.

Mən özümü günahkar hesab etmirəm. Mən Azərbaycan xalqını təhqir etməmişəm, baxmayaraq ki, mənim ünvanıma lənətlər yağdırıldı…

Məni ən çox ağrıdan odur ki, bu lənətlər o insanlardan gəldi ki, mən onlarla bir torpaqda yaşayıb, bir yerdə böyümüşəm. Bu dəhşətdir və mənim həyatımda heç vaxt olmamışdı.

Sadəcə olaraq başa düşmürəm ki, mənimlə Azərbaycanın arasını vurmaq kimə lazım olub?!

Buna görə də, bununla bağlı bundan sonra heç bir şərh verməyəcəyəm”, – deyə Larisa Dolina kəskin və emosional şəkildə bildirib.

Amma bir neçə saniyədən sorna sakitləşən L.Dolina əlavə edib ki, doğulduğu respublika ilə əlaqələri birdəfəlik qırmaq fikrində deyil.

“Əlbəttə, məni Bakıya dəvət etsələr, məmnuniyyətlə gələrəm. Mən bu gözəl şəhərə gəlməyi çox istəyərdim. Amma bu çirkli kampaniyanı təşkil edən şəxsin məndən hamının qarşısında şəxsən üzr istəməsindən sonra. Mən çox təəssüf edirəm ki, bu mənim həddən artıq bağlı olduğum və çox sevdiyim bakılılarla baş verdi”, – deyə sonda L.Dolina vurğulayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Azercell` cəbhə xəttindəki şəbəkəsini təkmilləşdirir

Next Post

Məleykə Abbaszadəyə yeni vəzifə verildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Məleykə Abbaszadəyə yeni vəzifə verildi

Rusiya telekanalında azərbaycanlı ekspertlər ermənilərin yalanlarını ifşa ediblər (VİDEO)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.