Özbəkistanda saraydaxili çəkişmə davam edir.
Axar.az xəbər verir ki, Prezident İslam Kərimov qızı Gülnarə Kərimovanı ev dustağı edib.
Prezidentin nəvəsi olan balaca İslam Kərimov babasına anasının ev dustaqlığından azad edilməsi üçün açıq məktub yazıb.
Mətbuatda deyilir ki, xanım Kərimovanın ötən fevraldan bəri səsi çıxmır. Bu ilin fevralında isə o, tvitterdə həm öz ailəsinin, həm də Daşkənd rejiminin üzvlərini tənqid atəşinə tutmuşdu. İndi isə Gülnarənin oğlu, gənc İslam Kərimov babasına anasının azad edilməsi üçün birbaşa və açıq müraciət edərək ailədaxili çarpışmaya qatılıb.
Özbəkistanda qadağan edilmiş BBC Dünya Xidmətinin Özbək bölümünə müsahibə verən İslam deyib ki, anasının azad edilməsi üçün babasına müraciət etməklə böyük risk edib.
Britaniya Universitetlərindən birində təhsil alan Kərimov deyib ki, anasının səhhətindən çox narahatdır. Londonda BBC müxbirləri ilə danışan gənc Kərimov iddia edib ki, anasının həbsinin arxasında babası dayanmır.
Axar.az nəvə Kərimovun fotolarını təqdim edir:






