"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mən Nitsşeni necə başa düşdüm?

02 Mart 2015 - 10:08
in KÖŞƏ YAZILARI

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Hüseynbala Səlimovhuseynbala selimov 3
Bu vaxta qədər çox kitab oxumuşam. Amma üç kitab mənim həyatımda olduqca dərin iz buraxıb. Bu üç kitabı bir neçə dəfə oxusam da dərindən başa düşə bilməmişəm…
Bunlardan biri Aristotelin “Metafizika”sı, digəri İ.Kantın “Təmiz idrakın tənqidi”, üçüncüsü isə Nitsşenin “Zərdüşt”ü olub. Bir daha deyirəm ki, bu üç kitabı başa düşmək üçün çox çalışmışam. Hətta filosofların onlar haqqında yazdıqlarını belə oxumuşam ki, bəlkə bir şey anladım…
Amma hələ də hesab edirəm ki, mən onları başa düşə bilməmişəm. Ona görə də kimsə soruşanda ki, filan əsəri oxumusan, adətən belə cavab verirəm ki, yox, oxumamışam, hərçənd ki, onların hər birini bir neçə dəfə oxumuşam…
Fəqət, bu yaxınlarda bir söhbət oldu, Nitsşe yada düşdü. Nəsə mənə elə gəldi ki, onu başa düşməyən tək mən deyiləm, elələri var ki, məndən fərqli olaraq başa düşmədikləri halda bunu etiraf etmir, hətta müzakirə də açırlar…
Qərəz, Nitsşe ilə mənim “tanışlığım” yenidənqurma illərinə təsadüf edir. 80-ci illərin ikinci yarısı idi. Siyasi mühit nisbətən mülayimləşmişdi. Bundan istifadə edərək sovet hakimiyyətinin yasaq etdiyi ədəbiyyatı böyük tirajlarla dərc edirdilər…
Tez bir zamanda əlimə onun “Zərdüşt”ü düşdü. Özüm adını bütöv yazmıram. Adətən bu əsəri elə belə də adlandırırlar. Sonra Nitsşenin bioqrafiyasını tapdım. Qərəz, bu filosofla bağlı əlimə nə keçirdisə, acgözlüklə oxuyurdum və başa düşməyə çalışırdım…
Etiraf edim ki, əvvəl elə bilirdim “Zərdüşt” əsəri elə bu adlı peyğəmbər və onun dini, fəlsəfəsi ilə bağlı idi. Amma kitabı oxuyandan sonra dərk etdim ki, yox, Zərdüşt Nitsşe üçün sadəcə, bir simvoldur…
Sonra haradasa oxudum ki, Nitsşe özü bu əsəri beşinci İncil adlandırırmış. Bu haqda oxuyandan sonra əsərə yenidən qayıtdım…
İndi də yaddaşımı qurdalamağa çalışıram ki, görüm, bu əsərdən yadımda nə qalıb?
Təbii ki, birinci yadda saxladığım fikir Tanrının ölümü ilə bağlı yazılanlar idi və bu, mənə çox təsir etmişdi…
O vaxt mən artıq Nitsşenin özünün də əslində peyğəmbər olması ilə bağlı bəzi filosofların yazdıqlarını oxumuşdum…
Bəs peyğəmbər adlandırılan kəs necə Tanrının ölməsindən yaza bilərdi? Burada mənə bir detal kömək edir. Nitsşenin fəlsəfəsi fövqəlinsan fəlsəfəsi idi və mən belə başa düşürəm ki, bu filosof dinin özünə də, Tanrı ideyasının özünə də bir mərhələ kimi baxırdı. Onun fikrincə, elə bir məqam yetişəcəkdi daha bu ideyalara ehtiyac qalmayacaqdı, insan elə bir mərtəbəyə çatacaqdı ki, o, özü də Tanrı ideyasına müraciət etmədən də əxlaq yaradacaqdı…
Məhz buna görə Nitsşe israrla deyirdi ki, öz əxlaqınızı yaradın. Burada mən bir başqa yazarı xatırlamaq istəyirəm. Bu, F.Dostoyevskidir. Bu yazar da çox israrla belə bir sual qoyurdu; Tanrı yoxdursa, deməli hər şey icazəlidir?..
Nitsşe bu dilemmanı özü bildiyi kimi açırdı: onun yazdıqlarından belə nəticə hasil etmək olardı ki, fövqəlinsan özü Allah ideyasına müraciət etmədən əxlaq yaradacaq və belə bir fikri təlqin etməyə cəhd edirdi ki, əslində insan yeni bir keyfiyyət göstəricisinə – fövqəlinsana keçid ərəfəsində bir mərhələdir…
Bu kitabda ən çox təsadüf edilən frazalardan biri də “yaxınını uçuruma itələ!” sözləri idi. Bununla Nitsşe nə demək istəyirdi? Bəlkə o da Hobbs kimi “insan insanın düşmənidir” fikrini təlqin etmək istəyirdi?
Çox güman ki, Nitsşe sadəcə, demək istəyirdi ki, o şey ki, artıq dövrünü başa vurub, o kəs ki, artıq ayaqları üstündə dik dayana bilmir, ən başlıcası isə bunu istəmir, ona yardımçı olmağa, onu saxlamağa çalışmağa dəyməz, çünki sürünmək üçün nəzərdə tutulanlar uçuş üçün deyil…
Nitsşedə diqqətimi cəlb edən bir detal da onun oxucuya çağırışı idi. Bu, qeyri-adi dərəcədə orijinal çağırış idi. Başqa filosoflardan fərqli olaraq o, insanlara demirdi ki, mənim təlimimə gəlin. O, deyirdi ki, məni tapmaq üçün məni tərk elə, özünü tapmaq üçün məni tərk elə…
Bu, qeyri-adi çağırış idi. Çox, olduqca çox düşünəndən sonra görürsən ki, bəli, Nitsşenin qulağı deşən “qəddar” çağırışlarında əslində çox böyük, qüdrətli bir humanizm gizlənib. Bəlkə də o, bəşər tarixində təsadüf olunan ən böyük və ən ardıcıl humanist idi…
Bir detal da var. Bu, bəlkə də Nitsşenin böyük humanizminə daha bir sübut ola bilər. Artıq sarsıntılar yaşadığı bir vaxt o, öz dostu ilə gəzintiyə çıxıbmış. Kiçik bir qızın yanından keçəndə filosof ayaq saxlayır, onun saçlarını tumarlayır və qayıdır ki, deyirlər, mələklər yoxdur,  məgər bu, mələk deyilmi?
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İdarə edən şayiələr

Next Post

Dollar və avro ucuzlaşmaqda davam edir

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Dollar və avro ucuzlaşmaqda davam edir

Siqaretin qiyməti düşdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.