"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Mən türkəm, Türkiyədən getmək fikrim də yoxdu” – Mübariz Mənsimov

14 Fevral 2016 - 16:33
in XƏBƏR LENTİ

"Mən türkəm, Türkiyədən getmək fikrim də yoxdu" - Mübariz Mənsimov
Azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin “Hürriyet” qəzetinə müsahibə verib. Müsahibəsində M.Mənsimov maraqlı faktlara toxunub.

Mübariz Mənsimov bildirib ki, turizm sahəsində geriləyə bilər, amma dənizçilikdə tonnaj gücünü 3 milyon tondan 5 milyon tonadək yüksəldəcək.

Rusiya-Türkiyə arasında yaşanan gərgin münasibətlərdən sonra işlərində az da olsa durğunluq yaşadığını qeyd edən Mübariz Mənsimov, baş verən böhranın onun işlərinin tamamilə sona çatdırması haqqında gəzən məlumatların yanlış olduğunu vurğulayıb.

“Deyirlər ki, mən Türkiyəni tərk edib Rusiyaya gedəcəm. Bu, doğru deyil. Mənim Rusiyadakı şirkətim 20 ildir fəaliyyət göstərir. Həmin şirkət tamamilə rus qaydaları ilə qurulub. Hər ay hökümətə vergi ödəyirik. Oradakı işlərim davam edir. Mən türkəm, Türkiyədən getmək fikrim də yoxdur”, – deyə biznesmen söyləyib.

Malta, Azərbaycan, Rusiyada şirkətlərə sahib olduğunu deyən azərbaycanlı neftin qiymətinin kəskin azalmasından da danışıb. Əsas işinin neft nəqli olan Mübariz Qurbanoğlu neftin qiymətinin düşməsinin onun biznesinə müsbət təsir etdiyini qeyd edib.

“Neftin qiymətinin düşməsi bizə sərf edir. Çünki xərclər də düşüb. Dünyanın hər bir yerinə gedirik. Gəmilərin ən böyük xərci yanacaqdır. Gəmilərə 3-4 min ton yanacaq alırıq. Əvvəl yanacağa daha çox pul ödəyirdiksə, indi az ödəyirik. yaxın 10 il ərzində gücümüzü 3 milyon tondan 5 milyon tona qaldırmaq fikrindəyik. Eyni zamanda, yeni gəmilər də almağı düşünürük. Hazırda 270-ə yaxın gəmimiz var. Son 20 ildə Türkiyədə heç bir türk şirkəti bu qədər sayda gəmi tikdirməyib”.

Azərbaycanlı iş adamı Türkiyədə heç bir şirkətinin bağlamadığını və hər birinin işlədiyini söyləsə də, amma yaxın vaxtlarda turizm sektorundan çıxmaq istədiyini bildirib. Onun sözlərinə əsasən, İstanbuldakı mehmanxana kapitalını satacaq. Biznesmen özünə aid heç bir mülkünü satmadığını da vurğulayb.

“Başqa hansısa bir məkanı satmaq bu dəqiqə gündəmdə deyil, amma mən bir iş adamıyam, çox yaxşı təklif gələrsə, dənizçilikdən başqa, hər şeyi sata bilərəm. çünki dənizçilik bizim əsas işimizdir”.

Borclarına gəlincə isə, Qurbanoğlu gəmilərin 50 faizinin öz hesabına, 50 fazisin isə kreditlə tikdirdiyini söyləyərək, bu kreditlərin uzunmüddətli olduğunu və vaxtında ödədiyini israr edib.

“Sizin barənizdə mənfi xəbərlərin yazılmağınının səbəbini nədə görürsünüz?” – sualına Mübariz Mənsimov “Sevэnimiz çoxdur!”- deyə cavab verib. Ardından isə o, dünyanın hər bir yerində problem olduğunu, lakin Türkiyənin iqtisadiyyatı naminə daim çalışacağını söyləyib. Hətta, gəzən bəd xəbərlərin onun işlərinə heç də təsir etmədiyini deyən biznesmen: “iş dünyasında çox şayiələr çıxır. Hər kəs bir-birinə nəsə deyir, ya da arxasınca danışır. Halbu ki, hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar. Mən də, uşaqlarım da burada yaşayırıq. Başqa bir ölkədə yaşamağı da düşünmürük”, – deyə sözünə davam edib.

Müsahibəsinin sonunda Rusiya-Türkiyə münasibətlərinə bir daha qayıdan iş adamı iki ölkənin bir-birinə bağlı olduğunu qeyd etdi. O, həmçinin, türklərlə rusların arasına “şeytanın” girdiyini deyib. Biznesmen Suriyadakı yaşananlara və Suriya ərazisinə düşən təyyarə hadisəsinə bağlı təəssüf hissini də gizlətməyib.

Azəri əsilli türk adamı 1998-ci ildən Türkiyəni istehsal bazası olaraq seçib və orada məskən salıb. Sahibi olduğu Palmali Şirkətlər Qrupu Türkiyədə qısa müddətdə tanına bilib. Dünyanın ən böyük dəniz nəqliyyatı donanmalarından birinin sahibi olan Mübariz 2007-ci ildən Türkiyə vətəndaşlığına keçərək, Qurbanoğlu soyadını götürüb. O, 2013-2014-cü illər Türkiyənin ən zəngin 10 adamdan biri olub, 2015-ci ildə isə “Forbes” jurnalında ən zənginlər siyahısına daxil edilib. (anspress)

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğan Bakıya yox, Gəncəyə gələcək

Next Post

Türkiyə ordusu PYD-nin Suriyadakı mövqelərinə yeni zərbələr endirib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Türkiyə ordusu PYD-nin Suriyadakı mövqelərinə yeni zərbələr endirib

Azərbaycanlılar Latviyada da daşınmaz əmlak alırlar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.