"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Mənim fanatım olan ermənilər var”

02 Noyabr 2014 - 11:44
in MƏDƏNİYYƏT

Kult.az-ın BAŞI DUMANLI  layihəsində Azərbaycanın məşhur estrada və opera müğənnisi, publika.az141491024414148336691404136751f1lora_100Azərbaycan Respublikasının Xalq artisti Flora Kərimova Şuşa ilə bağlı xatirələrini bölüşüb. Elchi.az müğənninin xatirələrini bölüşür:

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

 

Çox xatirələrim olub Şuşada. Daha xatirələrdən də keçib. Artıq əzabdır, ağrıdır, göz yaşıdır. Gələcəyə ümidliyəm … “O sal daşların üzərindən qalxacam, babamın yurdunun  yanından keçəcəm, o tut ağaclarını görəcəm” deyə çox ümidliyəm. “Heç vaxt yaddaşımdan çıxmayan o sürüşkən daşlardan bir də düşəcəm” deyə düşünürəm. Bizim evlə üzbəüz – çox da uzaq olmayan Şuşa türməsi var idi. Mən yaşlananda artıq oranı boşaltmışdılar. Yəqin, indi orada ermənilər bizim əsirləri saxlayırlar. Bax bunları fikirləşəndə cəhənnəm əzabı kimi od yandırır canımı. Yadıma gəlir, sürüşkən daşların üzərində oynayanda yaşlı insanların məni “ay qızım, ay qızım” deyib əzizləmələri, oxşamaları… İndi Allah bilir, həmin yerlərdən nə zarıltılar gəlir. Təsəvvürüm nə qədər sönük olsa da, müharibənin həqiqətləri və düşündüklərim ağırdan da ağırdır. Yoxdur artıq mənim Şuşalı günlərim, yoxdur. Çünki Şuşam yoxdur. Qarabağ boyda dərdim var. Yunan mifologiyasına görə, Zevs dünyanı çiyinlərində saxlayır, bəlkə də, o ağırlığa dözməyən dərdim var. Şuşanın son  günlərinə qədər elə hey anama “gedək” deyirdim, mənə görə də gedə bilmirdik. Çünki  yaradıcılığımın elə dövrü idi ki, mən artıq “Flora Kərimova” idim və mənim hər günüm dolu olurdu. Elə “bu gün gedərik, sabah gedərik” deyə-deyə günlər keçdi, təəssüf ki, getmək anama qismət olmadı. Sonra da ermənilərin müharibəsi başladı. Onda lap qovruldum  “anama o yerləri görmək nəsib olmadı” deyə. Uşaq ikən anamla çətinliklə Şuşaya gəldiyimiz günləri indi yada salıram. Birbaşa qatar yox idi. Yevlaxa, ordan da Şuşaya gəlirdik. O vaxt o yolların qədrin bilmirdim. Yolda hər dayanacaqda saxlayırdılar qatarı. Vağzalda kimin gücü nəyə çatırdı satırdı. Yadımdadır, anam ya pəncərədən, ya da düşüb perrondan nəsə alırdı elə bəh-bəhlə verirdi ki, mənə aldığını elə bilirdim, mənə dünyaları bağışlayır. O vaxt qulaq batıran  o səs-küy indi inanın ki, mənə bayram səsləri kimi gəlir.

 

O vaxt yadımdadır, Şuşada “Dom otdıx” var idi. Axşamlar hamı yığışıb istirahət edər, əylənərdi. Avropa və milli rəqslər oynanılardı. O vaxt “dəmir pərdələr” deyə bir dövr idi, xaricilərin gəlişi demək olar, qadağan idi. Tək-tük hallarda xaricilər görmək olardı.

 

Bizdə rayonda məhlə-məhlə dostluqları var idi. Məhəllə yığılardı, inanın ki, bir günə bir ev tikərdilər. Qaynayıb-qarışmaq var idi. Düzdür, harda qadın varsa, orda dedi-qodu da olurdu. Amma xeyirdə-şərdə həmişə bir yerdə toplanardılar. Sonra gəldilər şəhərdə blok-blok yaşadılar. İndi hərə ayrı-ayrı yerlərdədir. Hərənin öz evi, öz mənzili…

Şuşa da hər yeri gəzmişəm babamla – İsa bulağını, İstisunu. Gəzdiyimiz bütün yerlərin də xatirə fotoları var məndə. Bir dəfə… Təxmini 12-15 ilin söhbətidir, televizorda işğal olunmuş Şuşanı göstərdilər. Bazardan bir az aşağı düşəndə, türmə tərfdə sürüşkən daş var idi. Kadrlarda həmin yeri göstərdilər. Qeyri-ixtiyarı məndən bir qışqırıq qopdu gəl-görəsən. Həyəcanımı boğa bilmirdim. Ot-kol basmışdı, amma yenə də o yolu tanıdım. Qızımı çağırdım ki, o yerləri göstərim, amma gec oldu.

 

Mən ermənilərin arasında olan yaxşıları pislərlə qarışdırmıram. O millətdən mənim yaxşı dostlarım olub. Mənim mahnımı sevənlər, millətimə hörmət edənlər olub. Yenə deyirəm, mənim mahnılarımın fanatı olan Rusiyada yaşayan ermənilər var ki, Novruz bayramı keçirdilər və hər bayramda zəng edib təbrik edib, ağlayırdılar. Son beş ildir, əlaqələrimiz kəsilib. Heç bilmirəm hansı sağdır, hansı yox. Pislik millətlə deyil, vicdanla ölçülür.

 

Bir də qəbul etmirəm quru vətənpərvərliyi. Yadımdan çıxmaz, bir dəfə konsertə getmək ərəfəsindəydim. Hərbi hospitalda amneziyadan əziyyət çəkən bir gənci tez-tez ziyarətə gedərdim. Bir dəfə hospitalda bir nəfər özünü mənə göstərirmiş kimi başladı ki “Qarabağı onlardan geri alacağıq, hasarların başından onların körpələrinin başlarını asdıracam”. Əsəbdən rus dilində “rədd olsun” dedim həmin adama. Mənim millətimin körpə başını hasardan asdıracaq qədər qəddar olmasını istəmirəm. Doğrudan da, bu qədər sözdə özündən əminlik, yalançı vətənpərvərlik lazım deyil. Yenə də ümidimi itirmirəm.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İŞİD lideri: Aramızda casus var

Next Post

Deputat və seçiciləri gecəyarısı etiraza qalxdılar- Fotolar

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Deputat və seçiciləri gecəyarısı etiraza qalxdılar- Fotolar

Axar.az saytı 1 yaşını qeyd etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.