"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mənşəyi məlum olmayan siqaretlər bazara kim çıxardır?

03 May 2017 - 16:08
in CƏMİYYƏT

Mənşəyi məlum olmayan siqaretlər bazara kim çıxardır?

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bu gün ümumdünya tütünlə mübarizə, siqaret və tütündən imtina günüdür. Siqaretin zərərləri barəsində deyil, Azərbaycanın tütün bazarına daxil olan saysız-hesabsız, mənşəyi məlum olmayan siqaretlərin satışından bəhs edəcəyik. Gömrük Komitəsi hər gün xeyli sayda qanunsuz tütün məmulatlarının gömrüklərdə saxlanılıb məhv edildiyini açıqlayır. Amma bazarda yenə də istənilən qədər mənşəyi məlum olmayan siqaret var. Bəs bu məhsulları bazara daxil edənlər kimlərdir?

Elchi.az xəbər verir ki, bu barədə qaynar-a açıqlama verən Dövlət Gömrük Komitəsinin qurumun mətbuat xidmətinin rəhbəri Natiq Axundov bunu edənlərin əsasən sadə vətəndaşlar olduğunu bildirib:

“Bununla bağlı mütəmadi olaraq əməliyyatlar keçirilir. Hər gün demək olar ki, minlərlə siqaret tutulur. Hətta bu əməliyyatları bəzən foto və videolarla göstəririk. İnanın ağla gəlməyən yerlərdə – avtomobillərin gizli saxlanc hissələrində, ehtiyat təkərlərin üzərində və s. keçirənlər olur. Bununla maksimum şəkildə mübarizə aparmağa çalışırıq. Bunları bazara daxil edənlər əsasən də şəxsi istifadə üçün gətirənlərdir. Bildiyiniz kimi, Nazirlər Kabinetinin 305 saylı qərarına müvafiq olaraq hər bir fiziki şəxs şəxsi istifadəsi üçün ayda bir dəfə, 3 blokdan çox olmamaq şərti ilə gömrükdən siqaret keçirə bilər. Təəssüf ki, bundan süi-istifadə edirlər və şəxsi istifadə adı ilə gətirdikləri siqaretləri bazara çıxarırlar, sonda da belə xoşagəlməz mənzərə ortaya çıxır”.

Araşdırma apararkən elan saytlarının birində qanunsuz siqaret satışı ilə məşğul olan şəxslərin elanına da rast gəldik.

Bəs bu işlə məşğul olanlar hansı məsuliyyəti daşıyır? Məsələnin hüquqi tərəfləri ilə bağlı ekspert Xəyal Bəşirov həmin şəxslərin həm cinayət, həm də inzibati məsuliyyətə cəlb edilə biləcəklərini qeyd edib:

“Tütün və tütün məmulatları haqqında Azərbaycan Respublikasının qanununda qanunsuz gətirmə ilə bağlı ayrı məsuliyyət, aksiz markası ilə markalanmalı olan, lakin markalanmayan tütün məhsullarının satılması isə ayrı məsuliyyətdir. Bu cür məmulatların dövriyyəsi ilə bağlı fəsildə qeyd olunur ki, bu məhsulların gətirilməsi üçün ya uyğunluq sertifikatı, ya da onu əvəz edən şəhadətnamə olmalıdır. Bunlar olmadan tütün məmulatlarının Azərbaycana idxal edilməsi qadağandır.

Qanunvericilikdə qeyd olunan bu şərtləri yerinə yetirməyən fiziki və ya hüquqi şəxs həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb edilə bilər. Belə ki, 500 manata qədər aksiz markası ilə markalanmalı olan, lakin markalanmayan siqaretlərin ölkəyə gətirilməsi ilə məşğul fiziki şəxslər 80 manatdan 120 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 1500 manata qədər cərimələnə bilər. Əgər bundan artıq olarsa cinayət yükü daşıyır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanlı deputat birinci ledini Bakıya qonaq gətirdı – FOTOLAR

Next Post

AZAL ləğv olundu, başqa kluba birləşdi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

AZAL ləğv olundu, başqa kluba birləşdi

Məşhur brendlərin loqotiplərinin gizli mənaları- FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.