Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub
Bakı şəhərindəki mənzillərin birində meyit tapılıb.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda 1957-ci il təvəllüdlü Osmanov Məhəmməd Eldar oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.
Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı M.Osmanovun öldüyü müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
ANS PRESS



