Bakıda məcburi köçkünlərin yaşadığı binada yanğın olub.
Hadisə gecə saat 04:00 radələrində Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov küçəsi 15 ünvanında baş verib. Bina sakinlərinin verdiyi məlumata görə, bina 2 mərtəbəli, 3 blokdan ibarətdir. 30-dan çox məcburi köçkün ailəsi 25 ildən çoxdur ki, bu binada məskunlaşıb. Sakinlərin sözlərinə görə, yanğın zamanı xəsarət alan olmayıb: “Bəziləri məişət əşyalarını çıxarmağa çalışsa da əksəriyyətinin ev əşyaları yanıb. Binada yaşayanların əksəriyyəti gənc ailələrdir. Hər ailədə azı 2 azyaşlı uşaq var”.(AzNews.az)




