Mərakeş qalib gəldi – Bakı-2017

>

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün futbol yarışlarına start verilib.

Bunu da oxuyun

Trend-in məlumatına görə, millimizin də yer aldığı A qrupunda Səudiyyə Ərəbistanı və Mərakəş yığmaları qarşılaşıblar.

“AZAL Arena”da baş tutan oyunda mərakeşlilər minimal hesablı qələbə qazanıblar – 0:1.

Xatırladaq ki, bu gün saat 18:30-da “Bayıl Arena”da Azərbaycan – Kamerun oyunu keçiriləcək.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixlərində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728