Mərakeş Daxili İşlər Nazirliyi, Mərakeşdə meydana gələn 7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayının 2 min 946-ya yüksəldiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə, zəlzələdə ölənlərin sayı 2 min 946-ya, yaralıların sayı isə 5 min 674-ə yüksəlib.
Zəlzələdə həyatını itirənlərdən 2944-ü dəfn edilib.
Sentyabrın 8-nə keçən gecə yerli vaxtla saat 23.10-da Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib, episentri Mərakeşin Əl-Huz bölgəsində olub.
Zəlzələ Mərakeşlə yanaşı, paytaxt Rabat və Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss olunub.
Şayəstə Hüseynova






