"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mərhələli, yoxsa paket həll – intensivləşən səfərlər nə vəd edir?

09 Aprel 2016 - 09:06
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Mərhələli, yoxsa paket həll - intensivləşən səfərlər nə vəd edir?

Qarabağ konfliktini tarixin arxivinə vermək üçün unikal şans yaranıb; politoloq: “Azərbaycan olduqca əlverişli bir dönəmdə heç bir ölkənin diktəsinə imkan verməməlidir”

Başa çatmaqda olan həftəni bütünlüklə Qarabağ həftəsi adlandırmaq olar. Təkcə “4 günlük” müharibəyə görə yox, həm də atəşkəsin ardınca Qarabağla bağlı diplomatiyanın fəallaşmasına görə. ATƏT-in Minsk Qrupu həmsədrləri, ardınca Rusiya xarici işlər naziri Sergey Lavrovun və baş nazir Dmitri Medvedyevin eyni vaxtda Bakı və İrəvana etdikləri səfərlər 22 illik danışıqlar tarixində xüsusilə yaddaqalan oldu.
Regiona, konflikt tərəfləri Azərbaycan və Ermənistana xarici diplomatların və siyasilərin intensivləşən səfərləri şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı yeni situasiya ilə bağlıdır. İndi artıq hamı anlayır ki, Qarabağ ixtilafı heç də düşünüldüyü kimi, dondurulmuş deyil, o istənilən an qaynar fazaya – geniş miqyaslı müharibəyə çevrilə, bununla da konfliktə cəlb olunmuş bütün tərəflərin bölgədəki maraqları ciddi ziyan görə bilər.
Ən əsası, bütün dünya gördü ki, Azərbaycan xalqının işğala dözüm limiti artıq bitib və öz ərazilərini istənilən an güc yolu ilə azad eləməyə hazırdır. Belə görünür, bunu indi konfliktin əsas “memarı” sayılan Rusiya da başa düşüb. Hər halda, Rusiya rəsmilərinin, nazir Lavrovun Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması zərurətindən, hətta hansısa həll planından  danışması buna kövrək ümidlər yaradır.
Ona görə “kövrək” ki, Moskva əlində unikal imkanlar ola-ola indiyədək dəfələrlə verdiyi bu kimi bəyanat və vədlərdən uzağa getməyib, problemin həllinə ciddi şəkildə girişməyib. Ümid edək ki, heç olmasa, bu dəfə tilsim qırılacaq və Kreml verdiyi sözün ağası olacaq.
“Baş verənlərin 1994-cü ildən bəri bənzəri olmayıb. Məhz bu, bizi, sülhün, o cümlədən Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmaların qorunub saxlanılmasına maksimum əsaslanaraq gərginliyin aradan qaldırılması yollarını axtarmağa vadar  edir”. Bunu baş nazir Dmitri Medvedev Ermənistanın baş naziri Ovik Abramyan ilə görüşü zamanı İrəvanda bildirib. “Bu, çox mürəkkəb mövzudur. İndi ən əsası sülhü, təmas imkanlarını qoruyub saxlamaqdır. Bu məsələ ilə bağlı Rusiya səylərini əsirgəməyəcək” – Rusiya baş naziri əlavə edib.
Hərgah, o da qeyd olunmalıdır ki, Rusiyanın Dağlıq Qarabağ problemini Bakıdan konkret divident almadan yoluna qoyacağı inandırıcı görünmür. Söhbət ilk növbədə Azərbaycanı Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşmaq  cəhdlərindən gedir. Yeri gəlmişkən, bu haqda Rusiya XİN başçısı Sergey Lavrov son müsahibəsində kifayət qədər açıq danışıb.
Siyasi təhlilçilər də bu yöndə maraqlı fikirlər və təxminlər söyləyir. Doğrudur, bu dəfə situasiya Rusiya üçün də həssas və yetərincə risklidir. O üzdən Moskvanın nəsə pozitiv addım atacağına inam əvvəlkilərdən bir qədər yüksəkdir. Ancaq unutmaq lazım deyil ki, bu, Güney Qafqazda mövqelərini daha da gücləndirməyi hədəfləmiş Rusiyadır. Odur ki, “suların durulmasına” qədər gözləmək lazım gələcək. Əks halda, Qarabağ konfliktinin növbəti dəfə daha geniş miqyasda alovlanması ehtimalı artacaq. Yəqin ki, bunu Moskva da bilir.
***
Bir sıra ekspertlər yaranmış durumdan rəsmi Bakının məsələdə irəliləyiş əldə olunması üçün mütləq istifadə etməli olduğu qənaətindədir. Məsələn, politoloq Qabil Hüseynli hesab edir ki, Azərbaycan üçün yetərincə uğurlu və əlverişli olan hazırkı situasiyada heç bir dövlətin Qarabağ məsələsində təkbaşına diktəsinə yol vermək olmaz və Azərbaycan fürsətkən məsələnin birdəfəlik – paket həllinə nail olmalıdır:“Hazırkı danışıqlar fonunda Dağlıq Qarabağla bağlı mərhələli həll planı gündəmə gələ bilməz. Azərbaycan ordusunun son zəfərləri bu mövqeyi kifayət qədər möhkəmləndirib. Məsələ paket variantı şəklində həll olunmalıdır” (Axar.az). Onun fikrincə, yaranmış hərbi, siyasi vəziyyət Qarabağ məsələsinə yeni yanaşma tərzi diktə edir: “Son uğurlu hərbi əməliyyatlar nəticəsində Azərbaycan üçün həm döyüş meydanında, həm də danışıqlar masasında kifayət qədər əlverişli şərait yaranıb. Hətta hazırda bəzi ölkələr bunu öz nəzarəti altına almağa çalışırlar. Məqsəd də danışıqlar prosesində mümkün həll variantını öz ssenariləri əsasında həyata keçirməkdir. Rusiya 5 rayonun Azərbaycana qaytarılması üçün Moskvanın erməniləri dilə tutması yönündə təbliğat maşınını işə salıb. Hərbi üstünlüyün diktə olduğu bir şəraitdə bunun heç bir əsası yoxdur. 7 rayonun hamısı geri qaytarılmalıdır. Azərbaycan isə Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verə bilər. Yəni torpaqlar geri qaytarılmalı, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və bu çərçivədə də Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir”.
***
Politoloq sözsüz ki, ilk növbədə Rusiyanı nəzərdə tutur və təbii ki, təcrübədən çıxış edir. Çünki Moskva münaqişədə daima konstruktivlikdən çox destruktiv rol oynayıb, ən əvvəl bölgədə öz mənafelərini təsbit eləmək üçün çalışıb. Yenə də belə olmayacağına zəmanət yoxdur. Hər halda, önümüzdəki günlərdə biləcəyik, Kreml konfliktin həllini dalandan çıxarmaq üçün öz forpostu Ermənistana təzyiq etməyə hazırlaşır, yay yox? 
Bu olmayacaqsa, o zaman hər şey köhnə axarına qayıdacaq – yeni müharibə riskinin artması ilə birgə. Əlbəttə ki, yeni situasiyanı Qərbin, ələlxüsus da ABŞ-ın necə qiymətləndirməsi də az əhəmiyyət daşımır. Bəs rəsmi Vaşinqton işğalçı Ermənistana münasibətdə ənənəvi yanaşmasına pozitiv düzəliş edəcəkmi? Bu da vacib məqamlardan biridir.
Başqa yandan, ötən saylarımızda da qeyd elədiyimiz kimi, 4 günlük müharibə Vaşinqtonda Nüvə Sammiti zamanı – Azərbaycan prezidenti İlham Əliyev son 10 ildə ilk dəfə ABŞ-da olarkən başlayıb və ehtimal böyükdür ki, bunda ən çox toplantını boykot etmiş Rusiya prezidenti Vladimir Putin maraqlı olub – münaqişə tərəflərinə, ilk növbədə də Qərbə yaxınlaşan Azərbaycana, Amerikaya güc nümayişi üçün.
 
Bu üzdən məntiqlə Birləşmiş Ştatlar problemin həllində indi daha aktiv olmalıdır. Hədəf isə yaranmış əlverişli durumdan istifadə edib konflikti həmişəlik tarixin arxivinə göndərmək, bununla da böyük bir bölgəni, Qərbin də həyati maraqları olan bir regionu böyük müharibə alovundan uzaqlaşdırmaq  olmalıdır. Olacaqmı?
Bəlkə də, belə fürsət və şans bir daha ələ düşməyəcək.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiyalı diplomat Qarabağa görə ATƏT-i ittiham etdi

Next Post

Xarici media Azərbaycanın istifadə etdiyi pilotsuz uçaqdan yazır – VİDEO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Xarici media Azərbaycanın istifadə etdiyi pilotsuz uçaqdan yazır - VİDEO

Prezident İlham Əliyev: “Düşmənə layiqli cavab verilib”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.