
Bu gün axşam saatlarında paytaxtın mərkəzində Mərkəzi Bankın qarşısında həyacan yaşanıb. Cebhe.info əməkdaşının verdiyi məlumata görə əraziyə çox sayda polis, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
Çox sayda hüquq-mühafizə orqanları əməkdaşlarının əraziyə cəlb olunması əhalidə narahatlıq yaradıb. Heç bir halda foto, yaxud videogörüntüyə icazə verilməyib.Bəzi xəbərlərə görə, içəridə axtarış apaırlır.
Bəzi məlumatlara görə, Mərkəzi Bankla bağlı FHN-nə həyəcan siqnalı daxil olub. Lakin bu məlumat hələlik rəsmən təsdiqilənməyib.



