"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mərkəzi Bank təşvişdə: “Kreditlər ödənməlidir”

10 Dekabr 2015 - 18:46
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Mərkəzi Bank təşvişdə: “Kreditlər ödənməlidir”

Əkrəm Həsənov: “Bu, bankların özünü qoruma mövqeyi və cəfəngiyyatdır. Yaşayış minimumuna dəymək olmaz, bu məbləğ olmasa, vətəndaşın vəziyyəti ağırlaşar”

Kreditlərin ödənilməsi zamanı yaşayış minimumunun nəzərə alınması məsələsi gündəm yaradıb. Hüquqşünas Əkrəm Həsənovun açıqlamalarına sonradan Mərkəzi Bank da münasibət bildirməli olub.
Qeyd edək ki, Əkrəm Həsənov yaşayış minimumunun artmasının banka borclular üçün şad xəbər olduğunu vurğulayaraq bildirmişdi ki, vətəndaş ailəsindəki üzvlərin sayına uyğun yaşayış minimumunu hesablamalı, maaşında bundan artığı qalarsa, banka borcunu ödəməlidir. Əks halda, bank onun pulunu qeyri-qanuni şəkildə ala bilməz. Ekspert bildirmişdi ki, bank müştəriləri öz gəlirlərinin yalnız yaşayış minimumundan artıq hissəsini bank krediti kimi ödəyə bilərlər. Əgər onların gəlirləri yaşayış minimumundan aşağıdırsa, onlar kredit ödənişindən imtina edə bilərlər.
Bundan sonra məsələyə Azərbaycan Banklar Assosiasiyasının (ABA) hüquq ekspert komissiyasının sədri Qorxmaz Ağayev münasibət bildirərək, müştərinin mütləq öz borcunu qaytarmalı olduğunu vurğulamışdı. Onun sözlərinə görə, bank və müştəri arasındakı münasibətlər Mülki Məcəllə ilə tənzimləndiyinə görə, yaşayış minimumunun həcmi kimi anlayışların bu məsələdə istifadə edilməsi və bunan kreditin qaytarılmaması üçün əsas kimi götürülməsi düzgün deyil.
Sonda Mərkəzi Bank hüquqşünas Əkrəm Həsənovun mövqeyinin yanlış olduğu bildirib. Bank nümaynədəsi deyib ki,  ekspertlər belə açıqlamalara görə məsuliyyət daşıyırlar: “Hətta müəyyən sahələrdə biliyə malik deyilsə, həmin ekspert rəyinin verilməsindən imtina etməlidirlər. Qanuna əsaslanmayan iddialarla mətbuatda çıxış edib əhalini çaşdırmaq yolunu tutmaq düzgün deyil. Bu, bank sisteminə qarşı qərəzli bir mövqedir”.
Bankdan bildirilib ki, Ə.Həsənov bundan əvvəl də müflisləşmə barədə düzgün olmayan açıqlamalarla çıxış edib: “Həmin açıqlamada bu ekspert faktiki olaraq adamları bankların pulunu qaytarmamağa çağırır”. Həmçinin Banklar Assosiasiyasının mövqeyi dəstəklənib.
Ekspert Əkrəm Həsənov isə həmin iki açıqlamanı musavat.com-a belə izah edib: “Bu, bankların özünü qoruma mövqeyi və cəfəngiyyatdır. ABA-nın mövqeyi hüquqşünas mövqeyi deyil, daha çox bankların özünü qoruması üçün deyilən fikirdir. Banklar Assosiasiyası mənasını özü də başa düşmədiyi rəy verib. İndi isə nəhayət yuxudan oyanmış Mərkəzi Bank fikrini bildirib. Amma təəssüf ki, Mərkəzi Bank fikrini dövlət orqarnı kimi deyil, məhz quldur və qorxaq kimi, yəni anonim olaraq bildirib. Bankların sevdiyi “İcra haqqında” Qanunun 75-ci maddəsinə əsasən aliment vətəndaşdan birinci növbədə tutulmalıdır və bu halda maaşı kifayət etməsə, bankın borcu ödənilməmiş qalacaq. Normal qanunvericilik vətəndaşın əmək haqqını övladına sərf edə bilməsi üçün boşanmasını tələb edə bilərmi? Necə ola bilər ki, boşanmamış kişinin gəliri ilk növbədə bankın borcuna, boşandıqdan sonra isə övladına sərf edilməlidir? Yəni qanun əhalini boşanmağa təhrik edir? Mən deyirəm ki, yox! Qanunumuz belə deyil. Ədalətli və humanistdir. Amma banklar bunun əksini deyir və əhalini boşanmağa təhrik edir. Qoy banklar heç olmasa bu məsələyə aydınlıq gətirsin. Birincisi, biz yaşayış minimumunun əsaslandırılmasında deyirik ki, bu, vətəndaşdan hansısa bir icbari ödənişin tutulması zamanı əsas ola bilər. Bunlar deyirlər ki, icbari ödəniş dedikdə, yalnız vergilər, Sosial Müdafiə Fonduna ödənilən sığorta haqları daxildir, dövlət rusumları, gömrüklər və sair daxildir. Qanunvericilikdə onların dediyinin əsası yoxdur. Qoy gətirsinlər və göstərsinlər, elə bil qanun ki, icbari ödəniş budur. İcbari ödənişin mənası odur ki, vətəndaşdan onun iradəsi olmadan tutulan məbləğdir. Buraya məhkəmə qaydasında vətəndaşdan tutulan istənilən pul da daxildir. Vətəndaşdan tutulan icbari vəsaitə yaşayış minimumu tətbiq edilməlidir. Yaşayış minimumuna dəymək olmaz. Milli Məclis təsdiq edib, dövlət başçısı qol çəkib ki, əhalinin il ərzində yaşayış minimumu budur. Qanunda bildirilir ki, vətəndaşın sağlamlığı üçün, həyatı üçün ay ərzində zəruri tələbatını ödəyən məbləğdir. Deməli, bu məbləğ olmasa, vətəndaş öləcək. Budur mənası. İndi qanun qəbul edilib və buna əsasən, həmin pul vətəndaşın əlindən alına bilməz”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bayrağı düz tutmayanlar iki min cərimələnəcək

Next Post

Poroşenko İlham Əliyevə başsağlığı verdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Poroşenko İlham Əliyevə başsağlığı verdi

Azercell daha bir bilik yarışmasına dəstək oldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.