Ötən ay Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb.
Mərkəzi Bankdan AzVision.az-a verilən məlumata görə, martın 31-inə olan valyuta ehtiyatları artaraq 4 milyard 65,8 milyon dollar olub.
Qeyd edək ki, bu rəqəm ötən ay 4 milyard 26,3 milyon dollar təşkil edib.




