"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mərkəzi Bankın yeni sədrindən GÖZLƏNTİLƏR: Nələr dəyişəcək?-ŞƏRH

12 Aprel 2022 - 18:23
in MANŞET

Hazırda ölkədə ən çox müzakirə olunan mövzulardan biri Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının rəhbərliyi vəzifəsindən kənarlaşdırılmasıdır. Bankın idarə heyətindəki dəyişikliyin hansı iqtisadi əsaslardan yaranması və bu durumun vətəndaşlara, həmçinin banklardakı kredit faizlərinə göstərəcəyi təsir müxtəlif suallar yaradır.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Millət vəkili, iqtisadçı Vüqar Bayramov Elchi.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bankdakı son dəyişikliklər müasir çağırışlara uyğun olaraq həyata keçirildi.

Parlament üzvünün sözlərinə görə, xüsusən də hökumətin sturuktur islahatları, gəncləşdirmə siyasət bu gün prioritet məsələlərdəndir:

“Ona görə Mərkəzi Bankda da müasir çağırışlara uyğun olaraq kadr islahatlarının aparılması gözlənilən idi. Bu konteksdən Mərkəzi Banka sədr kimi gənc kadrın təyin edilməsi parlament tərəfindən dəstəkləndi. Ümumiyyətlə, əsas məsələ məzənnə-inflyasiya siyasətinin tənzimlənməsi istiqamətində yeni alətlərdən istifadə olunması, o cümlədən, indiki halda kredit bazarında faizlərin daha çox əlçatanlığıdır. Əlbəttə, bu istiqamətdə addımların atılacağı gözlənilir. Xüsusilə, kredit faizlərinin aşağı düşməsi həm də bank sektorunda rəqabətin güclənməsindən birbaşa asılıdır. Bank sektoru və kredit bazarında faizlər rəqabətə və tələb-təklifə uyğun olaraq müəyyənləşir. Ona görə də gözləntimiz budur ki, kredit faizlərinin optimallaşdırılması, xüsusən də faizlərin aşağı düşməsi ilə bağlı fəaliyyətlərin intensivləşməsi vacibdir. Bu baxımdan bütövlükdə bank sektorundakı islahatların davam etdirilməsi, kredit faizlərinin tənzimlənməsi istiqamətində daha yeni və müasir standartlara uyğun addımların atılmasına ehtiyac var. Ümid edirik ki, son təyinat kredit faizlərinin optimallaşdırılması və kreditlərə əlçatanlığa gətirib çıxaracaq”.

İqtisadçı Natiq Cəfərli isə söyləyib ki, Mərkəzi Bankdakı dəyişikliklərin nə kimi iqtisadi səbəbləri olmasına dair geniş məlumat yoxdur:

“Çünki 2 il bundan öncə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov vəzifəsinə yenidən təyin edilmişdi. Ona görə də indiki təyinat və dəyişikliyin nədən qaynaqlandığı ilə bağlı ciddi və rəsmi açıqlamalar yoxdur. Bu baxımdan nələrin dəyişəcəyi yeni təyin olunmuş şəxsin təyinatdan sonra açıqladığı proqramdan asılı olacaq. Çünki belə bir beynəlxalq praktika var: Mərkəzi Bankın yeni rəhbərləri həmişə təyin olunandan sonra proqram çıxışı ilə vətəndaşları və sahibkarları bilgiləndirirlər. Həmin çıxış olarsa və yeni təyin edilmiş şəxs hansı məsələlərin önəmli olacağını vurğulayacaqsa, gələcəkdə həmin istiqamətdə müəyyən dəyişikliklərin olması ehtimalından danışmaq olar”.

İqtisadçı qeyd edib ki, Mərkəzi Bankdan asılı olmayan səbəblər də var. Məsələn, kredit faizləri belə Mərkəzi Bankdan asılı deyil:

“Ona görə də yeni konsepsiya və hədəflərin nədən ibarət olması çox önəmlidir. Doğurdan da ölkədə iqtisadi canlanmaya nail olmaq üçün kredit faizlərinin yüksək olması gündəmə gəlməli və sahibkarlarla vətəndaşlar üçün daha rahat ödəmə imkanları təqdim olunmalıdır. Çünki biznesin inkişafı uzunmüddətli və aşağı faizli kreditlərdən asılıdır. Bizdə isə biznes və istehlak kreditləri çox bahadır. İstehlak kreditləri birbaşa vətəndaşların cibinə ziyan vurur, biznes kreditlərinin faizlərinin yüksək olması isə biznesin inkişafına maneçilik törədir. Ona görə də yeni rəhbərliyinin konsepsiyasının nədən ibarət olacağı çox maraqlıdır. Bazarın daha da liberallaşdırılması və daha ucuz faiz siyasətinə gedilməsinə qərar veriləcəksə, əlbəttə, bunun vətəndaşlara da xeyri dəyəcək”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Lukaşenko kosmosa uçmaq istəyir

Next Post

Polis şöbəsində arvadını güllələyən serjanta CƏZA VERİLDİ

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Polis şöbəsində arvadını güllələyən serjanta CƏZA VERİLDİ

Polis şöbəsində arvadını güllələyən serjanta CƏZA VERİLDİ

Nazirlər Kabineti gömrük rüsumu ilə bağlı QƏRAR verdi

Nazirlər Kabineti gömrük rüsumu ilə bağlı QƏRAR verdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.