Məşhur amerikalı aktyor Ceyson Momoa koronavirusa yoluxub.
“Aquaman and the Lost Kingdom” filminin çəkilişləri zamanı aktyorun verdiyi koronavirus testi pozitiv çıxıb.
42 yaşlı aktyor karantinə alınıb və hazırda səhhətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, Ceyson Momoa “Taxt oyunları” serialında məşhurlaşıb.




