Bakıda dönərxanada yanğın olub.
Elchi.az Report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Azadlıq prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən “Döner House” adı ilə fəaliyyət göstərən iaşə obyekti yanıb. Yanğın FHN-in yanğın söndürmə xidmətinin əməkdaşları tərəfindən söndürülüb. Yanğına səbəb kimi elektrik naqillərinin birləşməsi göstərilir.
Faktla bağlı araşdırma aparılır.

Elchi.az




