"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Məşhur erməni rəssam: `Sülh Platforması alqışa layiqdir` – MÜSAHİBƏ

14 Yanvar 2017 - 12:33
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Henrik Xaçaturyan istər sıravi vətəndaş, istərsə də ictimai və incəsənət xadimi kimi obyektivliyi ilə seçilən şəxslərdəndir. Ermənistandakı sosial-iqtisadi çətinliklər səbəbilə ölkəni tərk edən Xaçaturyan, Sarkisyanı adi cinayətkar hesab edir.

Dünyanın bir çox ölkələrində sərgilər keçirən və Birləşmiş Ştatlarda (Los-Anceles şəhərinin Hollivud rayonunda) yaşayan incəsənət xadimi, rəssam Henrik Xaçaturyan AzVision.az-a müsahibəsində “Ermənistan-Azərbaycan Sülh Platformasını” alqışladığını bildirir.

– Öncə özünüz haqqında məlumat verin. Həyatınız, fəliyyətiniz və hazırda ABŞ-dakı məşğuliyyətiniz nədən ibarətir?

– Bizim nəslimiz 1828-ci ildən etibarən Ararat vadisində (Ağrı vadisi – red.), Araz çayının sol sahilində yaşayıb. Ora İranın Salmas vilayətinin Xoy bölgəsidən gəliblər. Babalarım əkinçilik və üzümçülüklə məşğul olublar. Atam ikinci Dünya Müharibəsi illərində İrəvan politexnik insititunun hidrotexnik tikiti şöbəsini bitirib. Özüm İrəvan şəhərində 6 noyabr 1954-cü ildə anadan olmuşam. Uşaqlıq və gənclik illərimi atam, anam, nənəm və 3 qardaşımla birlikdə babamın evində keçirdim.

Orta məktəbi bitirikdən sonra, 3 il politexnik insitutunun kibernetika fakultəsində təhsil aldım. 21 yaşımda insititutu tərk edərək orduya xidmətə getdim. Təxris olunduqdan sonra, “Milli Gizli Qrup”un fəaliyyətinə qoşuldum. 1984-cü ildə xüsusi tapşırıqla Stepanakertə (Xankəndi – red.) göndərildim və bundan sonra anladım ki, bu tipli təşkilatlanmaların çoxu ya xüsusi xidmət orqanlarının təşkilatçılığı, ya da onların nazarəti altındadır. Nəticədə, mən onlarla əlaqəmi təmamilə kəsdim.

1985-1999-cu illərdə yerli, sovet və beynəlxalq tədbirlər daxil olmaqla təxminən 50 sərgi və incəsənət festivallarının, SSRİ-nin ilk və son Ümumsovet Avanqardçılar Festivalının iştirakçısı və mükafatçısı kimi Ermənistanda fəaliyyət göstərdim.

1990-cı ildən 1997-ci ilə qədər həmfikirlərimlə “Aysor” avanqardçılar jurnalını, bəlkə də Zaqafqaziyada ilk olan 32 səhifəlik həftəlik “Aysor-32” qəzetini və ikihəftəlik satirik əlavəsilə “Fon-Fon” həftəlik qəzetini nəşr etdirdim.
1999-cu ildə ABŞ-a bir sərgi dəvəti ilə getdim və hadisələr elə cərəyan etdi ki, orada qalmalı oldum. Əsasən incəsəntlə məşğul oluram. Bir neçə fərdi sərgilərin, o cümlədən Kaliforniya, Cənubi Amerika (Kolumbiya, Boliviya), Avropa (Paris, Berlin) və Rusiyada (Moskva) onlarla sərgilərin təşkilatçısı və iştirakçısı olmuşam. Həyat yoldaşım, iki qızımla birgə Los-Anceles şəhərinin Hollivud məhəlləsində yaşayırıq və hazırda onlar tələbədir.

1984-cü ildən qərara gəldim ki, daha siyasətlə məşğul olmayım. Zənnimcə, incəsənət adamının siyasi sahədə icra edəcəyi heç bir funksiya yoxdur. Siyasi rəğbətlərimin anarxistcəsinə olmasına baxmayaraq, heç bir partiyanın üzvü olmadım və heç meylim də olmayıb. Kommunist Sovet imperiyasının süqutundan sonra, imkanlarım daxilində keçmiş sovet respublikalarının suverenliyini, müstəqilliyini işıqlandırmağa və dəstəkləməyə çalışırdım.

– Ermənistan-Azərbaycan münaqişəsi barədə fikirləriniz maraqlıdır. Hazırda baş verən prosesləri necə qiymətləndirirsiniz? Və yaradılan “Ermənistan-Azərbaycan Sülh Platforması” haqqında nə deyə bilərsiniz?

– Öncə qeyd edim ki, mən hər zaman köhnə sistemlərin bərpa və ya reablitasiyasının əleyhinə olmuşam. Dünyanın imperialist və neomüstəmləkəçilik ideologiyasına qarşıyam. Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə isə, onu bu şəkildə dərk edirəm ki, bu, dünyanın aparıcı supergücləri tərəfindən yaradılan saxta “inqilablar”, çevrilişlər və yerli müharibələr vasitəsilə özlərinin hegemon mövqelərini bərpa etmək cəhdlərinin bir nəticəsidir.

Təbii, baş verənlər hər iki xalqa böyük bəla və bədbəxtçilik gətirib. Düşünürəm ki, hər bir ziyalı şəxs planetimizdə bu münaqişləri yaradanları qınamalıdır.

Sülh Platformasına gəldikdə isə, qeyd etməliyəm ki, hələ tam və eyni dillə formalaşmayan sülh təşəbbüslərinin nəticələri haqqında danışmaq tezdir. Bunun üçün hər iki ölkənin sülh tərəfdarları daimi ünsiyyətdə olmalıdır. Lakin, onu da bildirim ki, həqiqətən bu prosesin başlanması alqışa layiqdir.

Daha konkret və detalları ilə desəm, Vahe Avetyanın mövqeyi və təcrübəsi ilə tanışam və əsas müddəaları ilə razılaşıram. O ki qaldı, tərəflərin digər subyektlərinə, onların mövqeləri və üslubuna yaxşı bələd deyiləm və elə bir yenilik görümürəm.

– Hazırda Serj Sarkisyanın apardığı siyasətdən və yaratdığı vəziyyətdən razısınızmı?

– Postsovet dövründə istər-istəməz, bütün müstəqilləşmiş ölkələrdə çox qısa bir zaman kəsiyində bəlli qüvvələr hakimiyyətləri ələ keçirdilər. Müxtəlif iri dövlətlərin agentləri olan hakimiyyətlər, saxtalaşdırılan seçkilərlə və yaxud “saray” çevrilişləri ilə hakimiyyətləri mənimsəyənlərdir. Buna görə də belə hakimiyyətlərin heç bir addımı və yaxud fəaliyyəti öz xalqına xidmət edə bilməz. Serj Sarkisyan hələ 1996-cı ildə saxtalaşdırılan seçkilərlə artıq korrupsiyalaşmış hakimiyyətini qoruyub saxlayan Levon Ter-Petrosyanın birbaşa agentlərindən biri olub. O, həmçinin Ermənistan suverenliyinə dağıdıcı, düzəlməyən zərbələr vurmuş Köçəryanın varisi və dəstəkçisidir.
Mən xüsusilə son 2.5 onillik ərzində Ermənistanda azğınlaşan cinayətkar oliqarxiya hakimiyyətinə qarşıyam. Sarkisyan isə hökümət oğrusu kimi ən aktiv və maraqlı simalardandır. Əgər o, bir rayonun qərəzssiz və ədalətli məhkəməsinə cəlb edilsə, ən azından ömürlük azadlıqdan məhrum edilər. Azərbaycan Respublikasının sabiq vətəndaşı olan Serj Sarkisyan ən adi cinanyətkar canidir.

– Bu, faktdır ki, Sarkisyan hakimiyyəti yaradılan “Sülh Platforması”ndan qorxur. Sizin fikrinizcə, bu qorxunun səbəbi nədir?

– Düşünürəm ki, bundan yalnız Sarkisyan hakimiyyəti qorxmur. Bu prosesdə qlobal bank sistemi və qlobal hərbi-sənaye kompleksilərinin Ermənistan və Azərbaycan kateqoriyalı ölkələr kimi bənzər konfliktlərin həlli məsələsində müəyyən gözləntiləri və dərin maraqları var. Regionun daha əhəmiyyətli ölkələri olan Türkiyə və İranın belə, güclü siqnallara qarşı xüsusi çəkisi və gücləri yoxdur. Hətta, bizim hər iki xalqın yaxşı iradəsi olarsa belə, bu problemin həllini təsəvvür etmək çətindir…

Mən realistəm, amma bəzən hesab edirəm ki, möcüzə baş verəcək və bugünkü təsəvvürlər diametral çevriləcək, çözülməz məsələlər, geosiyasi ambisiyalar həll ediləcək.

Sülh platforması gözlənilən olsa da, hələ rüşeym vəziyyətində olan fenomendir. Lakin, bir daha qeyd edim ki, bu prosesin hərəkətə keçməsi məni olduqca sevindirir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Məcburi köçkünlərin “çörəkpulu” kəsilib? — VACİB AÇIQLAMA

Next Post

Türkiyədə Konstitusiya dəyişikliyi — Prezident postu 45 gün boş qalarsa…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Türkiyədə Konstitusiya dəyişikliyi — Prezident postu 45 gün boş qalarsa...

Bakıda çiskin olacaq, yağış yağacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.