Məşhur amerikalı jurnalist Taker Karlson Rusiya prezidenti Vladimir Putindən müsahibə istəyib. Elchi.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “RT” telekanalının baş redaktoru Marqarita Simonyan məlumat verib.
Simonyanın sözlərinə görə, “Fox News”-in keçmiş aparıcısı rusiyalı jurnalistlərdən arzularını dövlət başçısına çatdırmağı xahiş edib. Simonyan özü hesab edir ki, belə bir müsahibənin təşkili çox yaxşı olar.
Avqustun 24-də Karlson ABŞ-ın keçmiş prezidenti Donald Trampdan müsahibə alıb.
Aprelin 24-də Amerikanın “Fox News” kanalından Taker Karlsonun getdiyi məlum olub. Jurnalistin imza proqramı olan Tucker Carlson Tonight 2016-cı ilin noyabrında “Fox News”də yayımlanmağa başlayıb. O vaxta qədər Carlson yeddi il idi ki, kanalda işləyirdi. Cari gündəmin müzakirə edildiyi bir sıra verilişlərdə qonaq ekspert kimi çıxış edib, eyni zamanda bir neçə siyasi tok-şouların aparıcısı olub.
Havar Şəfiyeva





