Bakıdakı 20 nömrəli məktəbin bağlanacağı haqda yayılan xəbərlər orada təhsil alan şagirdlərin və onların
valideynlərinin narahatlığına səbəb olub.
valideynlərinin narahatlığına səbəb olub.“Bakıdakı 20 nömrəli məktəbin bağlanması haqda yayılan xəbər doğru deyil”.
Bunu Təhsil Nazirliyinin mətbuat xidmətindən 20 nömrəli məktəbin dərs ilinə hazır olmamasına münasibət bildirərkən deyiblər.
Nazirlikdən həmin məktəbdə təhsil alan şagirdlərin hansı məktəbə köçürüləcəyinə də aydınlıq gətiriblər:
“Şagirdlər 173 və 325 saylı məktəblərə köçürüləcəklər. Məktəb təmir olunduqdan sonra 20 nömrəli məktəb-lisey adı ilə açılacaq. Məktəbin nə vaxt istifadəyə veriləcəyi bəlli deyil”.



