Siciliya mafiyasının “Cosa Nostra” liderlərindən biri Matteo Messina Denaro xəstəxanada dünyasını dəyişib. Elchi.az xəbər verir ki, bu barədə “RaiNews24” telekanalı məlumat yayıb.
2023-cü ilin yanvarında həbs edilən və ciddi rejimli həbsxanaya yerləşdirilən 62 yaşlı italyan mafiozu kolon xərçəngindən müalicə olunurdu. Qeyd olunur ki, Denaro Siciliyanın Kastelvetrano şəhərində dəfn olunacaq.
Messina Denaro tutulmazdan əvvəl ən çox axtarılan italyan cinayətkardan biri idi. Hələ həbs olunmazdan əvvəl o, 1992-ci ildə prokurorlar Falcone və Borsellino-nun qətlinə görə ömürlük həbs cəzasına məhkum edilib. O, həmçinin digər 12 ölümdə günahkar bilinir.
Havar Şəfiyeva





