"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Məzhər üt-Türki “ kitabı  “Elm və təhsil” nəşriyyatında çap olunub

15 Sentyabr 2023 - 15:55
in MƏDƏNİYYƏT, TƏHSİL

Əslən Ərdəbil şəhərindən olan XVIII əsr Azərbaycan alimi Əbdürrəhim Ərdəbili Şirvaninin müəllifi olduğu “Məzhər üt-türki” dərsliyi (risalə) təxminən 270 il əvvəl, Nadir Şah Əfşar dövründə Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək məqsədilə yazılmışdır. İranın Qum şəhərində mühafizə olunan, Azərbaycan dili və tarixi üçün bu mötəbər  və qiymətli əlyazmanı Tehranın Fərhangiyan Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinin dosent doktoru, əslən azərbaycanlı İxtiyar Bəxşi AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru filologiya elmləri doktoru, profeesor Nadir Məmmədliyə hədiyyə edib. 

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Bakı məktəbindən nümunəvi addım

DİM imtahanlarla bağlı məlumat yaydı

Bu barədə Elchi.az-a Dilçilik institunda məlumat verilib.

İlk dəfə Azərbaycanda fars dilindən tərcümə və çap olunan bu dərslik dilimizin inkişaf yolları, qrammatik və leksik normalarının tarixi təkamülünün öyrənilməsi baxımından dil tarixçiləri, türkoloq və iranşünaslar üçün çox dəyərli vəsaitdir.
Əlyazmanın əvvəlində qeyd olunur ki, dərslik İranda Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək üçün yazılmışdır və bu türkcə “axıcı, dəyərli, sadə və şirin”dir. Elə orada “Məzhər üt-türki” kitabının müəllifi Əbdürrəhim Ərdəbili Şirvaninin  Ərdəbildə doğulduğu, yaşayıb boya-başa çatdığı, mənşəyinin də Ərdəbildən olduğu haqqında məlumat verilir.

Əsər gözəl nəstəliq xətti ilə yazılmış, 14 x 21 sm ölçüdə, 163 səhifədən, hər səhifəsi 12 sətirdən ibarət əlyazmadır. Bu əlyazma İranın Qum şəhərindəki “Mərkəz-i ihyay-yi turas-ul İslami” (İslam irsini yenidən canlandırma Mərkəzi) kitabxanasında (şifrə № 686) mühafizə olunur.
“Məzhər üt-türki”ni türk mədəniyyəti, ədəbiyyatı, elminin fədakar təbliğatçısı ərdəbilli Məhəmməd Micəndehi Cəbədər Tehran, Həmədan, Məşhəd, Yəzd, Çalus şəhərlərindən əldə etdiyi çox qiymətli, nəfis türkdilli əlyazmalardan biri kimi Qum şəhərindəki “İslam irsini yenidən canlandırma Mərkəzi” kitabxanasının nadir kitab fondundan əldə etmiş, şəxsi arxivində saxlamış, sonralar vətənpərvər dostlarına hədiyyə etmişdir
Qeyd edək ki, ilk dəfə 2011-ci ildə özü “Məzhər üt-türki” kitabına giriş” adlı məqalə yazmış və əsərin əlyazmasını nəşr edib.
2012-ci ildə  tanınmış alim Fərhad Rəhimi bu əsəri yazdığı geniş ön söz və şərhlərlə (182 səhifə) Tehranın “Yeni fikir” nəşriyyatında 1000 tirajla çap etdirib. Lakin kitabı orijinal əlyazması ilə müqayisə etdikdə nəşrdə bilərəkdən ya bilməyərəkdən, bəlkə siyasi motivli bəzi mövzular olduğundan fərqli verilmişdir.

Havar Şəfiyeva

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rəsmi Bakıdan Yuri Kimin fikirlərinə sərt reaksiya

Next Post

Fəridlə bağlı müsbət nəticələr əldə ediləcək – Baş prokuror

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Bakı məktəbindən nümunəvi addım

Bakı məktəbindən nümunəvi addım

02 May 2024 - 18:17

30 aprel tarixində "Cığır" MDİD ictimai birliyi dövlətçilik siyasətinə və ənənələrinə sadiq qalaraq cəmiyyətdə müsbət sosial təsir yaratmağa hədəflənmiş növbəti...

DİM imtahanlarla bağlı məlumat yaydı

DİM imtahanlarla bağlı məlumat yaydı

02 May 2024 - 15:30

Dövlət İmtahan Mərkəzi mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək. DİM-dən  Elchi.az-a bildirilib ki, imtahanlar...

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Next Post
Fəridlə bağlı müsbət nəticələr əldə ediləcək – Baş prokuror

Fəridlə bağlı müsbət nəticələr əldə ediləcək – Baş prokuror

Həbsdə olan general 12 milyon zərər ödədi

Həbsdə olan general 12 milyon zərər ödədi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.