Macarıstanın Ukraynaya yardım paketinə veto qoymasından sonra Aİ-nin ölkəyə maliyyə yardımı göndərmək üçün alternativ yollar axtardığı iddia edilib.
Avropa İttifaqının ( Aİ ) Macarıstanın Ukraynaya maliyyə yardımı ilə bağlı vetosunu aradan qaldırmaq üçün yekdillik tələb etməyən yeni plan üzərində işlədiyi iddia edilib.
Elchi.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazır.
Macarıstanın baş naziri Viktor Orban gələn il fevralın 1-də toplanacaq Aİ liderlərinin fövqəladə sammitində maliyyə yardımı paketinə veto qoyma qərarında israr etsə, Aİ “B Planı”nı həyata keçirəcək.
Yeni plana gələn il Kiyevə yardım göstərmək üçün Aİ Komissiyasının kapital bazarlarından 20 milyard avroya qədər borc alması və üzv dövlətlərin Aİ büdcəsinə zəmanət verməsi daxildir, ümumi məbləğ isə Ukraynanın ehtiyaclarına uyğun olaraq müəyyən ediləcək.
Plana görə, üzv ölkələr arasında “ən yüksək kredit balları” olanlar yekdilliklə razılaşarsa, 27 ölkənin hamısının təsdiqi tələb olunmayacaq.
Digər tərəfdən, Aİ-nin Ukraynaya yardım göndərmək üçün borc pul almasını istəməyən ölkələrin mövcudluğuna görə neçə ölkənin bu planı dəstəkləyəcəyi bəlli deyil.
Plan, Covid-19 epidemiyasından təsirlənən məşğulluq sahələrini və işçiləri qorumaq üçün üzv ölkələrə cəmi 100 milyard avro dəyərində kreditlərin verildiyi AB paketinə bənzədilib.
Nuranə Məmmədova






