Budapeşt yeni, 13-cü anti-Rusiya sanksiyalar paketini nüvə enerjisi sahəsində qadağaları da əhatə etsə, dəstəkləməyəcək. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
Nazir bildirib ki, Rusiyaya qarşı yeni sanksiyalar paketinə ehtiyac yoxdur. o, həmçinin xatırladıb ki, onun fikrincə, əvvəlki 12 sanksiya paketi Avropaya Rusiya iqtisadiyyatından daha çox təsir edib və Ukraynada sülhün əldə olunmasını yaxınlaşdırmayıb.
“Rəqəmlərə baxsanız, sanksiya siyasətinin iflasa uğradığı məlum olur”, – deyə o bildirib.
Havar Şəfiyeva






