Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijyarto bildirib ki, Macarıstan heç vaxt Rusiyanın nüvə enerjisinə qarşı sanksiyaları dəstəkləməyəcək. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Biz heç vaxt nüvə enerjisinə qarşı sanksiyaları dəstəkləməyəcəyik.12-ci Avropa İttifaqı paketində nüvə sənayesinə qarşı məhdudiyyətlər var”.
Onun sözlərinə görə, ona məlum olan 12-ci paketin layihələrində nüvə enerjisi sahəsində heç bir sanksiyalar yoxdur, lakin hansı paketə daxil olursa olsun, Budapeşt onları heç vaxt dəstəkləməyəcək.
Qeyd edək ki, əvvəllər Macarıstan Aİ-nin Ukraynaya silah üçün vəsait ayrılmasını təsdiqləməkdən imtina edib. Qeyd olunur ki, Budapeşt Macarıstan müəssisəsinin müharibənin beynəlxalq sponsorları siyahısına daxil edilməsi ilə bağlı vəziyyətin heç vaxt təkrarlanmayacağına dair təminat tələb edir.
Havar Şəfiyeva






