Macarıstanın baş naziri Viktor Orban Ukraynadakı münaqişə ABŞ-ın arzuladığı kimi bitəcəyini bildirib. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Onun sözlərinə görə, hərbi münaqişə ABŞ istədiyi kimi bitəcək. Eyni zamanda o qeyd edib ki, bütün dünya Vaşinqtonun davranışını anlamır və cavab gözləyir.
“Axı Ukrayna faktiki olaraq suverenliyini itirib: Onun nə pulu, nə hərbi sənayesi, nə də özünün hərbi istehsal gücü var. Pul əsasən ABŞ-dan, hərbi fondlar da amerikalılardan və Qərbdən alır”, – deyə siyasətçi bildirib.
Eyni zamanda, Orban qeyd edib ki, əgər ABŞ sülh istəyirsə, danışıqlar hətta sabah da başlaya bilər.
ABŞ iyulun 6-da kasetli sursatların Kiyevə təhvil verilməsi qərarını açıqlayıb. Mülki əhali üçün risklərə baxmayaraq, ABŞ prezidenti Co Baydenin administrasiyası əmin edib ki, bu cür silahlar ukraynalılara itirilmiş əraziləri tez bir zamanda qaytarmağa kömək edə bilər.
Havar Şəfiyeva






