Macarıstan Ukraynadakı münaqişənin tezliklə bitməyəcəyini proqnozlaşdırıb. Elchi.az bu barədə RİA Novostiyə istinadən xəbər verir.
“Ukraynaya hərbi yardım, münaqişəni dayandırmaq üçün hər iki tərəfin heç bir hərəkətinin olmaması, ukraynalı əsgərlərin Avropa ölkələrində təlim keçməsi və ABŞ-ın müharibədə iştirakı müharibənin tezliklə bitməyəcəyini göstərir” – deyə diplomat yekunlaşdırıb.
Sijarto vurğulayıb ki, Kiyev ABŞ-dan irimiqyaslı yardım olmadan Rusiya ilə mübarizə apara bilməyəcək. O, sülh sazişinin əldə edilməsinin Moskva ilə Vaşinqton arasında razılaşmalardan asılı olduğu qənaətinə gəlib.
Havar Şəfiyeva





