Macarıstanın xarici işlər naziri Peter Siyarto Serbiya ilə yeni neft kəmərinin tikintisinə sərmayə qoyuluşuna dair sazişin bağlandığını elan edib. Saziş iyun ayında imzalanacaq.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, boru kəməri Aldeo və Novi Sad şəhərlərini birləşdirəcək.
“MOL və “Transnafta” şirkətləri yeni investisiyalar üzrə danışıqları davam etdirirlər, müqavilənin iyunda Macarıstan-Serbiya sammitində imzalanması planlaşdırılır”, – diplomat bildirib.
Serbiyanın energetika naziri Dubravka Yedoviç təsdiq edib ki, Macarıstan-Serbiya birgə enerji müəssisəsinin yaradılmasına dair hökumətlərarası saziş iyunda imzalanacaq.
Kəmərin uzunluğu 128 kilometr olacaq. Serbiya onun tikintisinə 6 il ərzində 12 milyard avro sərmayə qoymaq istəyir.
Yeganə





