Qüdrət Həsənquliyev Madər Musayevin vəfatı ilə bağlı başsağlığı verib
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deputat həmkarı Madər Musayevin vəfatı ilə bağlı başsağlığı verib. Qüdrət Həsənquliyevin başsağlığı açıqlamasında deyilir: “Deputat həmkarım, öz xeyirxahlığı və alicənablığı ilə seçilən Madər Musayevin vəfatından kədərləndiyimi bildirir, mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin”.





