Venesuela prezidenti Nikolas Maduro bildirib ki, Rusiya Ukrayna münaqişəsində Qərbi məğlub edir.
Elchi.az xəbər verir ki, Venesuela lideri “Maduro ilə+” proqramı çərçivəsində bır sıra açıqlamalar verib. Maduro deyib: “Bu gün Rusiya döyüş meydanında qalib gəlir, Qərbi döyüş meydanında məğlub edir”.
O əlavə edib ki, Rusiya indi iqtisadi cəhətdən güclənib.
Maduro belə qənaətə gəlib ki, Qərb və NATO Kiyevi böhrana gətirib çıxarıb, lakin Ukrayna münaqişəsi ABŞ üçün dözülməz hala gəlib.
Bundan əvvəl ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skott Ritter bildirib ki, Kiyevin Qərb müttəfiqləri Ukrayna münaqişəsini danışıqlar yolu ilə həll etməyə ümid edirlər , lakin adekvat mövqe formalaşdıra bilmirlər.
Nuranə Məmmədova






