Dağıstanda yəhudilərə qarşı iğtişaşların arxasında Ukrayna xüsusi xidmət orqanları dayanıb, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Elchi.az xəbər verir ki, onun sözləri Rusiya Xarici İşlər Nazirliyinin saytında yer alıb.
“Hazırda Kiyev rejimi dünya birliyinin Ukrayna ətrafındakı böhrana diqqətinin azalması fonunda Rusiyadakı vəziyyətin sabitliyini pozmaqda və onu beynəlxalq aləmdə nüfuzdan salmaqda ən çox maraqlıdır”, – deyə diplomat bildirib.
Zaxarovanın sözlərinə görə, Mahaçqala hava limanında baş verən insident Kiyevin Rusiya Federasiyası xalqının ahəngdar inkişafı və etno-konfessional birliyini pozmağa yönəlmiş planlaşdırdığı təxribatın nəticəsi olub.
Xatırladaq ki, Oktyabrın 29-da axşam saatlarında yüzlərlə aqressiv Dağıstanın sakini Mahaçqala hava limanına soxulub. Buna səbəb Yaxın Şərqdə vəziyyətin pisləşdiyi bir vaxtda Təl-Əvivdən təyyarənin gəlməsi olub. İğtişaşlar nəticəsində 20 nəfər yaralanıb.
Havar Şəfiyeva






