"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mahir dələduzu axır ki, ilişdi – 9 il…

07 Dekabr 2014 - 13:44
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

img1696746Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Əliağa Cəbrayıl oğlu Məmmədovun məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Əliağa Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə yolu ilə müəyyən olunub ki, Əliağa Məmmədov 2011-ci ilin oktyabr ayında Sabunçu rayonu, Zabrat-2 qəsəbəsindəki 3 sot torpaq sahəsini Loğman Abuşova satmaq adı ilə ondan 7000 manat, həmin ilin noyabr ayında qəsəbədə yerləşən həyət evini isə Şaiq İsmayılova satacağını vəd edərək ondan 8000 manat pul alaraq dələduzluq edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və Ə.Məmmədovun təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunması ilə bağlı qərar çıxarılıb. Lakin istintaq orqanlarından qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub.
Nəhayət, Ə.Məmmədov bu il martın 5-də həbs olunaraq Nizami Rayon Məhkəməsi tərəfindən barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
İstintaq zamanı Ə.Məmmədovun başqa dələduzluq əməlləri də üzə çıxıb. Məlum olub ki, o, 2012-ci ilin iyun ayında Feruz Abbasovun “BMW-X5” markalı, 10 ZU 466 dövlət nömrə nişanlı avtomobilinin 17 min dollara satmaq istədiyini öyrənib. Ə.Məmmədov avtomobili almaq istədiyini deməklə və pulu 3 ay müddətinə ödəyəcəyinə söz verməklə F.Abbasovu da aldadıb. Ə.Məmədov həmin avtomobili Elçin Babayevə olan 13 min dollar borcunun əvəzinə verməklə faktiki olaraq satıb.
Amma Ə.Məmmədovun dələduzluğu bunlarla da bitməyib. O, Zabrat-2 qəsəbəsindəki 3,5 sot torpaq sahəsini Fizuli Rzayevə satmaq adı ilə 2013-cü ilin oktyabr ayında ondan 9 min manat pul alıb.
Təqsirləndirilən şəxs qismində dindirilən Əliağa Məmmədov istintaqa verdiyi ifadəsində Keşlə qəsəbəsindəki “Katinka” məftil sexində müdir işlədiyini göstərib: “Loğmanla Şaiq orada qaynaqçı işləyiblər, aramızda yaxşı münasibət olub. 2011-ci ildə işdən çıxdım və kafe götürüb işlətməyə başladım. Loğmangil tez-tez yanıma gəlib-gedirdilər. Söhbət əsnasında onlara Zabratda 6 sot torpağım olduğunu və sotunu 3 min dollara satmaq istədiyimi demişdim. Loğman da 3 sot almaq istədiyini demişdi. Loğmandan 6 min pul almışam.
Bundan başqa özümə məxsus olan bir neçə tikili vəziyyətdə olan həyət evini satmaq fikrində olduğumu da demişdim. Şaiq həmin evlərdən birini hissə-hissə almaq istədiyini dedi, 4500 manat verdi, ona evin təmirinin 2012-ci ilin mayına qədər başa çatacağını dedim”.
Təqsirləndirilən şəxs daha sonra ifadəsində Feruz Abbasova məxsus avtomobili necə ələ keçirməsindən danışıb: “Binəqədi ərazisində Feruza bir ev göstərib “həmin evi satan kimi bir ay müddətinə pulunu verəcəm” deyib inandırdım. Feruz da maşını satmağa razılaşdı. Notariusa getdik, etibarnamə verdi. Mənsə həmin avtomobili 13 min dollar borcun əvəzinə Elçin Babayevə verdim”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Orqan köçürmənin QİYMƏTLƏRİ

Next Post

Bakıda reyd: 90 sürücü cərimələndi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bakıda reyd: 90 sürücü cərimələndi

Ərdoğan oğlunun qalmaqallı gəmisini əlindən aldı - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.