Spiker Makkarti Nümayəndələr Palatasının işi impiçment araşdırmasına aparacağına ümid etdiyini bildirib.
Elchi.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Co Baydenin ailəsinin xaricdəki korrupsiya sxemlərində iştirakına görə ona qarşı impiçment elan etmək üçün araşdırma aparmağa hazırlaşır. Bu bəyanatla parlamentin aşağı palatasının spikeri Kevin Makkarti çıxış edib.
“Bayden prezidentliyə namizədliyini irəli sürərkən amerikalılara heç vaxt biznes haqqında danışmadığını söylədi. O bildirib ki, ailəsi Çindən bir dollar da almayıb, amma indi bunun doğru olmadığını sübut etdik”, – “The Hill” aşağı palata spikerinin sözlərindən sitat gətirir.
Makkarti həmçinin bildirib ki, ABŞ-ın hazırkı prezidenti Amerika siyasətinin “Riçard Niksondan bəri görmədiyi” üsullardan istifadə edir. Onun sözlərinə görə, Bayden Konqresi istənilən nəzarəti həyata keçirmək imkanından məhrum etməklə yanaşı, ölkə hökumətini öz ailəsinin maraqları naminə “silahlayır”.
Şayəstə Hüseynova




