Vladimir Putin sayəsində Rusiya Yaxın Şərqdə aparıcı oyunçu statusu əldə edib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında amerikalı senator Con Makkeyn söyləyib.
O, ABŞ-ın hazırda yalnız Suriya böhranını həll etməklə bağlı danışıqlara dəvət olunmaqla kifayətləndiyini bildirib:
“Putin istəyini gizlətmir. O, bu istəklərini əlində pis kartlar olmasına baxmayaraq, çox ağıllı formada reallaşdırıb. Onun iqtisadiyyatı dünyada 15-ci yerdə qərarlaşıb, amma ölkəsi hazırda Yaxın Şərqdə aparıcı oyunçudur. Rusiya, İran və Türkiyənin ABŞ-ı Astanadakı Suriya danışıqlarına dəvət etməsi Vaşinqtonun bu məsələdə liderlik etmədiyini göstərir. ABŞ nəinki lider deyil, o hətta prosesin iştirakçısına da çevrilməyib. Bizi sadəcə buraya dəvət ediblər. Biz nə qədər aşağı düşmüşük…”
Qeyd edək ki, Makkeyn Rusiya və Putin əleyhinə ən sərt sözlərin müəllifi kimi tanınır.




